Menu
Geri İrəli

Səfər Əbiyevin cəzalandırdığı Xəqani Cəbrayılov əslində kimdir?

Müəllif: sumqayitxeber.com • Tarix: 15 Noyabr 2013 • Baxış sayı: 1,236 dəfə • Şərh yoxdur

Rusiyada hərbi təhsil almış peşəkar hərbiçi olaraq, Xəqani Cəbrayılov Milli Ordu yaranan vaxtdan ordu quruculuğunda iştirak edib

novruzBu sözləri BayMedia-ya Qarabağ müharibəsinin iştirakçısı Novruz Oxtar Məmmədzadə bir zamanlar sabiq müdafiə naziri tərəfindən cəzalandırılan zabit Xaqani Cəbrayılova yeni müdafiə naziri Zakir Həsənov tərəfindən polkovnik rütbəsinin verilməsi ilə bağlı sərəncamı şərh edərkən bildirdi.
“İlk dəfə Zəngilan rayonunun Qazançı kəndi istiqamətindəki cəbhə bölgəsində Zastava rəisi – komandiri olub. Sonradan Zəngilanda yerləşən hərbi hissədə Qərargah rəisi, bir müddət sonra isə 3-cü taborun komandiri olub. 3-cü taborda qulluq etdiyim üçün Xaqani Cəbrayılovu onu yaxşı tanıyıram. Əla komandir, böyük qardaş, ürəkli döyüşçü olub. Zəngilanda, Füzulidə, Cəbrayılda, Qubadlıda birgə döyüşlərdə iştirak etmişik. Xaqani Cəbrayılovun döyüş görmüş peşəkar hərbiçi olduğunu qiymətləndirən ordu rəhbərliyi bir müddət öncə onu “N” saylı hərbi hissəyə komandir təyin etdi. Onun komandir təyin olunmasını, düzgün hesab edirəm. Müharibə dövrünü yaşayan Azərbaycan üçün Xaqani Cəbrayılov kimi hərbiçilərin olması, Azərbaycanın üstünlüyüdür.”,-deyən müharibə iştirakçısı Xaqani Cəbrayılovla bağlı maraqlı xatirəni danışdı:”Onu da qeyd edim ki, Qubadlıda ermənilərin hücumunun qarşısını almaq üçün, bizi Çərəli kəndi istiqamətinə göndərdilər. Çərəli kəndinə hücuma keçmiş ermənilərdən bir neçəsi öldürüldü, 5 erməni əsir götürüldü, bir kamaz markalı maşın da ələ keçirildi həmin döyüşdə. Xaqni Cəbrayılov bu döyüşdə şəxsən, bizimlə çiyin-çiyinə döyüşüb”.

Elnur Eltürk, baymedia.az

xeqani

Facebook Şərhləndirmə:

Şərhinizi yazın