Menu
Geri İrəli

Şəhərdə “168saat” adından istifadə edənlər peyda olub

Müəllif: sumqayitxeber.com • Tarix: 16 Avqust 2010 • Baxış sayı: 157 dəfə • Şərh yoxdur

Bu günlərdə qohumlarımdan biri mənə telefon açaraq iş yerimi dəyişib-dəyişməməyimlə maraqlandı. Nə baş verdiyini soruşduqda məlum oldu ki, sən demə, şəhərdə özünü “168 saat”ın baş redaktoru kimi təqdim edən bir yox, bir neçə şəxs varmış. Sumqayıt Regional Elektrik Təchizat İdarəsinin mühəndisi olan qohumumun dediyinə görə, onlar – İdarənin əməkdaşları bu günlərdə Sumqayıtın “Yaşıl dərə” ərazisində enerji pulunu ödəməyən abonentlərin elektrik xəttini kəsir və ya abonentlərə xəbərdarlıq edirlərmiş. Reydlərdən biri zamanı bu ərazidə yaşayan və elektrik enerjisinə görə kifayət qədər borcu olan şəxslərdən biri özünü “168 saat”ın baş redaktoru kimi təqdim edib və nə qədər qəribə olsa da bu yolla mənzilinə verilən işığın kəsilməsinə mane ola bilib. Qohumumun “o qəzetin baş redaktoru Vüsal Məmmədov deyil?” sualına Tahirə xanım adlı bu şəxs “o, mənim müavinimdir” – deyə cavablandırıb. Olduqca maraqlı, daha çox isə utancverici haldır, deyilmi? Digər bir tərəfdən hüquqi baxımdan bu, qanun qarşısında ciddi məsuliyyət deməkdir… Əslində, bu hadisəyə daha yaxşı epitetlər tapmaq olar. Amma biz çox ucuzluğa getməyərək qəti olaraq diqqətə çatdırırıq ki, qəzetimizin Tahirə xanım adlı ümumiyyətlə əməkdaşı yoxdur. Üstəgəl, bu, birinci belə hadisə deyil –  bundan əvvəl də eyni motivli məqamlarla rastlaşmışıq. Odur ki, vəttəndaşların, eləcə də dövlət və ya qeyri-dövlət strukturlarının nəzərinə çatdırırıq ki, özünü “168 saat”ın əməkdaşı kimi təqdim edən şəxslərdən mütləq və mütləq vəsiqə tələb edin. Beləliklə, həm özünüzə, həm bizə, həm də doğru, vicdanlı jurnalistikanın inkişafında yardımçı olar, reket jurnalistikasının qarşısının alınması istiqamətində mühüm töhfə vermiş olarsınız.

Facebook Şərhləndirmə:

Şərhinizi yazın