Menu
Geri İrəli

Şəhərdə 80 ədəd tullantı yeşiyi yerləşdirib

Müəllif: sumqayitxeber.com • Tarix: 18 Avqust 2010 • Baxış sayı: 297 dəfə • 2 şərh

Yay mövsümü ilə əlaqədar gücləndirilmiş iş rejimində işləyən Sumqayıt şəhər Təmizlik Departamentində tullantı məntəqələrinə yeni qutular düzülüb.

Şəhər sakinlərindən tullantı yeşiklərinin çatışmazlığı barədə daxil olan şikayətlər nəzərə alınaraq, əhali sektoru üçün nəzərdə tutulmuş tullantı məntəqələrinə 80 ədəd yeni 1100 litrlik qutular qoyulub. Yeşiklərin əksər hissəsi şəhərin mərkəzinə uzaq məsafədə yerləşən və daha çox müraciətlərin daxil olduğu 41-ci və 48-ci məhəllələr, 11-ci, 17-ci və 18-ci mikrorayonlar ərazisində qoyulub, müəyyən hissəsi isə sıradan çıxmış, istifadəyə yararsız qutuların əvəzlənməsinə yönəldilib.

Hazırda Sumqayıt şəhərinin yaşayış massivlərində 220 tullantıları qəbulu məntəqəsi var ki, onlarda da 2392 ədəd 1100 litrlik qutu mövcuddur.

Facebook Şərhləndirmə:

“Şəhərdə 80 ədəd tullantı yeşiyi yerləşdirib” yazısına 2 cavab

  1. Ayaz Ata deyir:

    Sayt yavash yavash sheher icra hakimiyyetinin metuat organina chevrilir eee arashdirin gorun yerleshdiribler?

  2. Sahin deyir:

    O tullanti yesiklerinin

    ikisinide Insacilar qesebesine qoyusunda.Ikisi 15binaya baxir.
    Soybet ELektirik sebekenin yanaindan olan yesikleri nezerde tuturam

Şərhinizi yazın