Menu
Geri İrəli

Şəhərimizdə yeni qaz xətləri çəkilib

Müəllif: sumqayitxeber.com • Tarix: 20 Sentyabr 2010 • Baxış sayı: 236 dəfə • 2 şərh

Sumqayıt şəhər İcra Hakimiyyətindən verilən məlumata görə cari ilin iyul-avqust ayları ərzində Sumqayıt şəhərində Kimyaçılar və Corat qəsəbələrinin, eyni zamanda şəhərin Çerkassı və Sülh küçələrinin təbii qazla tam təmin edilməsi məqsədilə yeni qaz xətləri çəkilib. Belə ki, şəhərin Çerkassı küçəsində 325 mm diametrli 1800 p/metr, Sülh küçəsində 219 mm diametrli 3000 p/metr uzunluğunda yeni qaz xətti quraşdırılıb. Corat qəsəbəsinin 2-ci məhəlləsində və Kimyaçılar qəsəbəsində çəkilmiş yeni qaz xətti isə müxtəlif diametrli 2500 p/metr uzunluğundadır.

Qeyd edək ki, bu yeni qaz xətlərinin çəkilişi  “Azərbaycan Respublikası regionlarının 2009-2013-cü illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı” na əsasən “Azəriqaz” İstehsalat Birliyi  tərəfindən həyata keçirilir.

Facebook Şərhləndirmə:

“Şəhərimizdə yeni qaz xətləri çəkilib” yazısına 2 cavab

  1. Samir deyir:

    esq bir deryadur!!!

  2. sabina deyir:

    lap yaxsi..bele isler alqislanmalidir..xebere gore tskler

Şərhinizi yazın