Menu
Geri İrəli

Şəhərimizin 3 məktəbi “Ən yaxşı ümumtəhsil məktəbi” mükafatına layiq görülüb

Müəllif: sumqayitxeber.com • Tarix: 3 Sentyabr 2009 • Baxış sayı: 280 dəfə • Şərh yoxdur

Azərbaycan Respublikası Prezidenti cənab İlham Əliyev 2008/2009-cu tədris ilində keçirilmiş “Ən yaxşı ümumtəhsil məktəbi” və “Ən yaxşı müəllim” müsabiqələrinin qaliblərinin mükafatlandırılması haqqında sərəncam imzalayıb. Sərəncama əsasən şəhərimizin 3 məktəbi qaliblər sırasına daxil edilib. Qalib məktəblərimiz Sumqayıt şəhəri “Təfəkkür” liseyi , Sumqayıt şəhəri İsmət Qayıbov adına 1 nömrəli orta məktəb və 11 nömrəli orta məktəbdir. Qeyd edək ki, sərəncama əsasən “Ən yaxşı ümumtəhsil məktəbi” müsabiqəsində müvəffəqiyyət qazandıqlarına görə ümumtəhsil məktəbləri 10 000 (on min) manat məbləğində birdəfəlik pul mükafatı ilə mükafatlandırılacaq.

Facebook Şərhləndirmə:

Şərhinizi yazın