Menu
Geri İrəli

Şəhərimizin 3 məktəbi mükafatlandırıldı

Müəllif: sumqayitxeber.com • Tarix: 8 İyul 2010 • Baxış sayı: 420 dəfə • 1 şərh
Share Button

34272EEC-F940-4F95-B92E-CB985CB876EC_mw800_mh600_sAzərbaycan Respublikası Prezidenti cənab İlham Əliyev 2009/2010-cu tədris ilində keçirilmiş “Ən yaxşı ümumtəhsil məktəbi” müsabiqəsinin qaliblərinin mükafatlandırılması haqqında sərəncam imzalayıb. Sərəncama əsasən şəhərimizin 3 məktəbi qaliblər sırasına daxil edilib. Qalib məktəblərimiz Sumqayıt şəhəri 18 nömrəli orta məktəb, Sumqayıt şəhəri 21 nömrəli orta məktəb və Sumqayıt şəhəri 25 nömrəli orta məktəbdir.

Qeyd edək ki, sərəncama görə “Ən yaxşı ümumtəhsil məktəbi” müsabiqəsində müvəffəqiyyət qazandıqlarına görə ümumtəhsil məktəbləri 10 000 (on min) manat məbləğində birdəfəlik pul mükafatı ilə mükafatlandırılacaq.

Facebook Şərhləndirmə:
Share Button

“Şəhərimizin 3 məktəbi mükafatlandırıldı” yazısına bir cavab

  1. xatire deyir:

    halaldi bizim mektebe

Şərhinizi yazın