Menu
Geri İrəli

Şəhərimizion kriminal xəbərləri

Müəllif: sumqayitxeber.com • Tarix: 24 Noyabr 2010 • Baxış sayı: 290 dəfə • Şərh yoxdur

Sumqayıt şəhəri -32-ci məhəllənin ərazisindəki “Karvan” ticarət mərkəzində, naməlum şəxs, H.Z.Tağıyev qəsəbə sakini, 1965-cı il təv. İlyasova Şahzadə Xələf qızına qarşı zor tətbiq edərək, mobil telefonunu ondan almışdır. İlkin əməliyyat-axtarış tədbirləri aparılır.

******************************************************

Sumqayıt-, 4-cü məhəllənin ərazisindəki “Konditer” qənnadı evində, orada satıcı işləyən, 1986-cı il təv. Məhərrəmova Kifayət Məhərrəm qızı xuliqanlıq zəminində, 4-cü məhəllə ev 19/25 mənzil 4-də yaşayan, 1987-ci il təv. Hüseynova Füruzə Şamil qızına bıçaqla əlindən xəsarət yetirmişdir.     Araşdırmalar aparılır.

***************************************************************

Sumqayıt- Novxanı bağlar sahəsində, Bakı şəhər sakini, Elnur Novruzova məxsus bağ evindən pəncərənin dəmir barmaqlıqlarını sındırmaq yolu ilə 2 ədəd televizor, 1 ədəd maqnitofon və məişət əşyaları oğurlanmışdır. bağ evindən oğurluq etmiş Sumqayıt şəhər sakini, əvvəllər məhkum olunmuş, 1980-ci il təv. Mənsurov Ruslan Qurban oğlu tutulmuşdur.   R.Mənsurovun ətrafında aparılmış əməliyyat tədbirləri nəticəsində, onun, Rəhim Quliyevin, habelə Mehman Yusifovun  evlərindənoğurluq etməsi müəyyən edilmişdir.

Facebook Şərhləndirmə:

Şərhinizi yazın