Menu
Geri İrəli

Şəhərin Bağlar massivində yeni xidmət sahəsi yaradılacaq

Müəllif: sumqayitxeber.com • Tarix: 30 Aprel 2010 • Baxış sayı: 349 dəfə • 2 şərh

Sumqayıtın Bağlar massivi adlanan sahəsində səliqə-sahman yaratmaq, mövcud olan məişət zibillərinin və tullantıların vaxtlı-vaxtında toplanması və ərazidən uzaqlaşdırılması ilə bağlı Sumqayıt şəhər İcra hakimiyyətində keçirilən müşavirədən sonra bu sahədə görülən işlər daha da gücləndirilib. 5 minə yaxın təsərrüfatı (bağ sahəsi) əhatə edən bu ərazidə şəhər “Təmizlik Departamenti”nin xətti ilə konteynerlərin yerləşdirilməsi üçün meydançalar düzəldiləcək. Müəyyən istiqamətlərdə departamentin daimi fəaliyyət göstərən məntəqələri təşkil ediləcək. Departament tərəfindən hər bir bağ sahibi ilə tullantıların daşınması üçün müqavilələr bağlanılacaq.

Facebook Şərhləndirmə:

“Şəhərin Bağlar massivində yeni xidmət sahəsi yaradılacaq” yazısına 2 cavab

  1. Vahid deyir:

    Buna görə kim sağ ol deməsə, o dünyada cavab verəcık. Bu il ekologiya ilidir. Kim bu təşkilatla müqavilə bağlamasa ən yüksək cəzaya layiqdir. Yeni yaradılan bu təşkilata ən böyük nailiyyətlər arzu edirəm. Bu zibilləri yığdıqça, yolüstü yolların da vəziyyətinə fikir versəniz, Siz olursunuz bağların ən yaxşı dostu.

  2. Lala deyir:

    Mən oxudum və çox sevindim ki,nəhayət Sumqayıtda bele bir təşkilat yaradılıb, amma bu işlər sözdə yox, işdə görsək əla olardı.Mən xahış edirəm Sumqayıt İcra Hakimiyyətindən və ya aidiyyatı orqanlardan Sumqayıt Şəhər 17 mk. adlanan əraziyə baxış keçirilsin oranın hansı vəziyyətdə olduğuna, hər şənbə-bazar günləri ora yük maşınlarının dayanacağına bənzəyir, yollar dəhşətli gündədir,piyada və ya maşınla keçmək olmur.Xahiş edirəm bu məsələ ilə maraqlanasınız.

Şərhinizi yazın