Menu
Geri İrəli

Səhiyyə Nazirliyi Sumqayıtda apteklərin fəaliyyətini yoxlayıb

Müəllif: sumqayitxeber.com • Tarix: 6 Sentyabr 2013 • Baxış sayı: 184 dəfə • Şərh yoxdur
Share Button

Azərbaycan Səhiyyə Nazirliyi lisenziyası olmadan fəaliyyət göstərən 3 apteki bağlayıb.

Səhiyyə Nazirliyinin Analitik Ekspertiza Mərkəzinin Dərmanların Keyfiyyətinə Nəzarət İnspeksiyasının rəisi Pərviz Əzizbəyov Trend-ə bildirib ki, bu ilin yanvar-iyun ayları ərzində Bakı, Gəncə, Sumqayıt şəhərləri və Abşeron rayonunda fəaliyyət göstərən 190 aptekdə yoxlama keçirilib. Əczaçılıq fəaliyyəti qaydalarını yoxlamaq məqsədilə keçirilən yoxlamalarda İqtisadi İnkişaf və Ədliyyə nazirliklərinin nümayəndələri iştirak ediblər. Bu müddətdə xüsusi razılıq (lisenziya) olmadan əczaçılıq fəaliyyəti ilə məşğul olan 3 aptek aşkarlanaraq fəaliyyəti dayandırılıb.

P.Əzizbəyov deyib ki, reseptsiz dərman buraxılışına görə, yəni reseptlə satılan dərmanların reseptsiz buraxılmasına görə 11 protokol tərtib edilib. Yoxlama zamanı yararlılıq haqqında analiz protokolu və ya dövlət qeydiyyatı olmayan 6041 qutu dərman preparatları müsadirə edilib. Bunlardan 61 qutu istifadə müddəti bitmiş dərman preparatları olub.

Facebook Şərhləndirmə:
Share Button

Şərhinizi yazın