Menu
Geri İrəli

Sumqayıtda “Sənə İnanıram” kitabının təqdimatı olacaq

Müəllif: sumqayitxeber.com • Tarix: 19 Yanvar 2011 • Baxış sayı: 284 dəfə • 1 şərh

Yazıçı Varis gənclərlə görüşəcək

“SAĞLAM DÜŞÜNCƏ” Gənclər Təşkilatı, “Ədəbiyyat” klubu təqdim edir:

“Sənə inanıram” yazıçı Varisin oxucularla üçüncü görüşüdür. Onun böyük oxucu auditoriyası toplamış “Sonuncu ölən ümidlərdir” və “Bir ovuc torpaq” romanları kimi bu romanın da mövzusu, əsasən, real həyatımızdan götürülüb. Sevgi və xəyanət, insanın cəmiyyətdə öz yerini tapa bilməməsi, xoşbəxtlik axtarışları son dərəcə dramatik və gözlənilməz süjet xətti ilə birlikdə axıradək oxucunu gərginlik içində saxlayaraq, maraqlı bir romanın yaranmasını təmin edib.

Yazıçı ilə canlı görüşmək, romanla bağlı suallarınızı birbaşa ona ünvanlamaq və cavab almaq istəyirsinizsə bu fürsəti əldən verməyin. Qeyd edək ki, görüşdə fəal iştirak edən, maraqlı suallar verən oxucular yazıçıdan hədiyyə olaraq imzalı kitab qazanacaqlar.

Görüşdə iştirak etmək üçün qeydiyyatdan keçmək lazımdır.

Qeydiyyat üçün sdgt_csyo@yahoo.com ünvanına AD, SOYAD, UNİVERSİTET, ƏLAQƏ TELEFONU yazıb göndərməyiniz lazımdır. Bundan əlavə aşağıdakı nömrələrə də sms yazaraq qeydiyyatdan keçə bilərsiniz:

055 862 35 90
050 669 66 25

Ünvan : Sumqayıt ş. 11-ci mkr, Y.Məmmədəliyev adına 31 saylı orta məktəb.

Görüş bazar günü, Yanvarın 23-ü saat 12:00-da başlayacaq

Facebook Şərhləndirmə:

“Sumqayıtda “Sənə İnanıram” kitabının təqdimatı olacaq” yazısına bir cavab

  1. Bextiyar deyir:

    Bu eserleri hardan elde etmek olar

Şərhinizi yazın