Menu
Geri İrəli

Sərdar Cəlaloğlu nazir ola bilər

Müəllif: sumqayitxeber.com • Tarix: 18 Oktyabr 2013 • Baxış sayı: 187 dəfə • Şərh yoxdur
Share Button

Azərbaycan Demokratik Partiyasının (ADP) sədri Sərdar Cəlaloğlu hökumətdə təmsil olunmaq istəyir. Bu barədə Publika.Az-a danışan S. Cəlaloğlu bildirib ki, onlar koalision hökumət ideyasını təklif edirlər: “Seçki öncəsi təşviqat kampaniyası dövründə bildirmişdik ki, əgər biz qalib gəlsək, digər qüvvələrlə koalisiyaya getməyə hazırıq, həmçinin başqası qalib gəlsə, onlarla koalisiya qurmağa hazırıq”.

ADP sədri hesab edir ki, Azərbaycan həqiqətən islahatlar aparmaq istəyirsə tək partiyalı sistemdən imtina etməlidir: “Bu sistemlə islahatlar aparmaq mümkün deyil. İndiki halda da Azərbaycanda uzun illərdir tək partiyalı sistem formalaşıb. Həqiqətən də hökumət istəyirsə ki, siyasi islahatlar aparsın, o zaman tək partiyalı sistemdən imtina etməlidir. Düzdür, seçkilərdə YAP qalib gəlib, çoxluq YAP-dadır. Lakin bu o demək deyil ki, YAP koalisiya qurmamalıdır”.

S. Cəlaloğlu qeyd edib ki, bu ideya onların bundan əvvəlki “siyasi dialoq” ideyasının növbəti mərhələsidir. Onun sözlərinə görə, ADP ideyasını inkişaf etdirib ortaya çıxarır. “Biz demirik ki, koalisiya yalnız ADP ilə olsun. İqtidar kimi seçirsə seçsin, amma islahatlar aparmaq istəyirsə mütləq koalisiya olmalıdır.

Çünki bu seçkilərdən sonra Azərbaycanın həm beynəlxalq münasibətlərində, həm də daxili münasibətlərdə ciddi gərginliklər yaranıb. Bunun daha ciddi kataklizmlərə gəlib çıxmaması üçün iqtidarın bu cür addımlar atması vacibdir”-deyə o qeyd edib.
ADP sədri diqqətə çatdırıb ki, onun təklifi məhz indiki dövrlə bağlıdır. Qeyd edib ki, bu 2015-ci ilə qədər saxlanılmamalıdır: “Əgər islahatlar bu gün başlanılsa, hökumət koalisiyanı bu gündən etibarən yaratmalıdır. Seçkinin nəticələrinə görə, hökumət partiyaları dəvət edə bilər. Həmin partiyanın gücündən də asılı olaraq koalisiyanın şərtləri müəyyənləşə bilər”.

“Onun özünə indiki hökumətdə hansısa post təklif olunsa münasibəti necə olar?” sualına cavabında S. Cəlaloğlu məqsədinin bu olmadığını deyib. Bildirib ki, bu haqda ümumiyyətlə düşünmür. Onların məqsədi Azərbaycan üçün yararlı olan ideyanın qəbul edilməsidir.

Asif

Facebook Şərhləndirmə:
Share Button

Şərhinizi yazın