Menu
Geri İrəli

Sabah hava necə olacaq?

Müəllif: sumqayitxeber.com • Tarix: 4 Yanvar 2014 • Baxış sayı: 433 dəfə • Şərh yoxdur

Sabah Bakıda və Abşeron yarımadasında havanın buludlu olacağı, arabir yağış yağacağı gözlənilir. Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinin Hidrometeoroloji Proqnozlar Bürosunun baş hidroloqu Asif Verdiyevin Lent.az-a verdiyi məlumata görə, mülayim cənub-şərq küləyinin əsəcəyi ehtimalı var.

Səhər bəzi yerlərdə zəif duman olacaq, şimal küləyi gündüz cənub küləyi ilə əvəzlənəcək. Gecə 1-4 dərəcə isti, gündüz 5-7 isti olacaq.

Bəzi rayonlarda isə yerlərdə yağıntı olacaq. Dağlıq və dağ ətəyi rayonlarda qar yağacağı gözlənilir. Ayrı-ayrı şərq rayonlarında fasiləsiz olacağı ehtimal olunur. Səhər saatlarında duman, mülayim şərq küləyi əsəcək. Havanın temperaturu aran rayonlarında 0-5 gündüz 3-8 dərəcə isti. Dağlarda gecə 3-8 şaxta gündüz 3 dərəcədən şaxtadan  2 dərəcəyə qədər isti gözlənilir.

buludlu_hava_0013

Facebook Şərhləndirmə:

Şərhinizi yazın