Menu
Geri İrəli

Sabah hava necə olacaq?

Müəllif: sumqayitxeber.com • Tarix: 20 Dekabr 2013 • Baxış sayı: 372 dəfə • Şərh yoxdur
Bakı və Abşeron yarımadasında dekabrın 21-də hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, gün ərzində əsasən yağmursuz keçəcəyi gözlənilir.

Səhər və axşam bəzi yerlərdə zəif duman olacaq. Mülayim cənub küləyi əsəcək.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən APA-ya verilən məlumata görə, havanın temperaturunun gecə 0-3, gündüz 6-9 dərəcə isti olacağı gözlənilir.

Azərbaycanın rayonlarında dekabrın 21-də hava şəraitinin əsasən yağmursuz keçəcəyi, gecə və səhər bəzi yerlərdə duman olacağı gözlənilir. Qərb küləyi əsəcək.

 Havanın temperaturunun gecə 0-5 dərəcə şaxta, gündüz  5-10 dərəcə  isti,  dağlarda gecə 6-11 dərəcə şaxta, gündüz 2-7 dərəcə isti olacağı gözlənilir.buludlu-hava

Facebook Şərhləndirmə:

Şərhinizi yazın