Menu
Geri İrəli

Sabah hava yağıntılı olacaq

Müəllif: sumqayitxeber.com • Tarix: 7 Dekabr 2013 • Baxış sayı: 241 dəfə • Şərh yoxdur

Bakıda və Abşeron yarımadasında dekabrın 8-də hava şəraitinin dəyişkən buludlu olacağı, gündüz əsasən yağmursuz keçəcəyi, axşam buludluğunun artacağı, gecəyə doğru bəzi yerlərdə yağıntılı olacağı gözlənilir. Ekologiya və Təbii Sərvətlər Nazirliyinin (ETSN) Milli Hidrometeorologiya Departamentindən APA-ya verilən məlumata görə, mülayim cənub-qərb küləyi günün ikinci yarısından arabir güclənən şimal-qərb küləyi ilə əvəz olunacaq. Havanın temperaturunun anomal gedişi gözlənilir. Belə ki, havanın temperaturu gecə 2-4, günün ikinci yarısında 12-15, axşama doğru isə 4-6 dərəcə isti olacaq.

 Azərbaycanın rayonlarında dekabrın 7-də hava şəraitinin günün ikinci yarısından şimal və qərb rayonlarından başlayaraq yağıntılı olacağı, dağlıq və dağətəyi rayonlarda sulu qar və qar yağacağı gözlənilir. Qərb küləyi əsəcək, arabir güclənəcək. Havanın temperaturunun gecə 2 dərəcə şaxtadan 3 dərəcəyədək isti, gündüz 11-16 dərəcə isti, dağlarda gecə 3-8 dərəcə şaxta, gündüz 2-7 dərəcə isti olacağı gözlənilir.

yaqis

Facebook Şərhləndirmə:

Şərhinizi yazın