Menu
Geri İrəli

Sabah şəhərimizdə yeni abidənin aşılışı olacaq

Müəllif: sumqayitxeber.com • Tarix: 14 Sentyabr 2010 • Baxış sayı: 185 dəfə • Şərh yoxdur
Sumqayıt şəhəri Ü.Hacıbəyov küçəsində inşa edilən dahi bəstəkarın abidə kompleksinin montajı başa çatıb. Sentyabrın 15-də abidənin açılışı olacaq. Sumqayıt şəhər İcra Hakimiyyəti bu barədə məlumat yayıb.

Abidə kompleksinin inşa edildiyi xiyabanın eni – 23 metr, ərazinin uzunluğu – 61 metr təşkil edir. 1340 kvadrat metrlik abadlaşdırılan sahənin təxminən 740 kv.metr hissəsində tamet döşəmə salınıb, yaşıllaşdırılan sahələrdə, əsasən, çəmən, dekorativ ağac və kollar əkilib, oturacaqlar, müasir işıqlandırma sistemi quraşdırılıb.
Sumqayıt şəhərinin baş rəssamı Vaqif Nəzirovun müəllifi olduğu Ü.Hacıbəyovun abidəsinin ümumi hündürlüyü 12 metr, postamentin oturacaq ölçüsü 7,5 x 7,5 m -dir. Postament royal formasında olub, qara qranitlə üzlənib, yüksələn hissəsi orqan borularının simvolik təsviri kimi verilib, üzərində 5 metr yüksəklikdə yerləşən bürüncdən hazırlanan barelyefin fonu isə ağ mərmərdən üzük qaşı formasında işlənilib. Əks tərəfdən isə eyni fon üzərində milli musiqi alətlərimizin, tar, kaman və qavalın tökmə bürüncdən təsviri yerləşib.

Sumqayıt şəhəri Ü.Hacıbəyov küçəsində inşa edilən dahi bəstəkarın abidə kompleksinin montajı başa çatıb. Sentyabrın 15-də abidənin açılışı olacaq.

Abidə kompleksinin inşa edildiyi xiyabanın eni – 23 metr, ərazinin uzunluğu – 61 metr təşkil edir. 1340 kvadrat metrlik abadlaşdırılan sahənin təxminən 740 kv.metr hissəsində tamet döşəmə salınıb, yaşıllaşdırılan sahələrdə, əsasən, çəmən, dekorativ ağac və kollar əkilib, oturacaqlar, müasir işıqlandırma sistemi quraşdırılıb.
Sumqayıt şəhərinin baş rəssamı Vaqif Nəzirovun müəllifi olduğu Ü.Hacıbəyovun abidəsinin ümumi hündürlüyü 12 metr, postamentin oturacaq ölçüsü 7,5 x 7,5 m -dir. Postament royal formasında olub, qara qranitlə üzlənib, yüksələn hissəsi orqan borularının simvolik təsviri kimi verilib, üzərində 5 metr yüksəklikdə yerləşən bürüncdən hazırlanan barelyefin fonu isə ağ mərmərdən üzük qaşı formasında işlənilib. Əks tərəfdən isə eyni fon üzərində milli musiqi alətlərimizin, tar, kaman və qavalın tökmə bürüncdən təsviri yerləşib.

Facebook Şərhləndirmə:

Şərhinizi yazın