Menu
Geri İrəli

Sabah Sumqayıtda “Şəhər Günü” qeyd olunacaq

Müəllif: sumqayitxeber.com • Tarix: 25 Sentyabr 2012 • Baxış sayı: 174 dəfə • Şərh yoxdur

Sabah Sumqayıtda “Şəhər Günü” keçiriləcək. SİA-nın məlumatına görə, bu gün milli geyimli atlı carçılar, motosikletçilər şəhərin küçələrini gəzərək sakinləri və şəhərin qonaqlarını bayram tədbirlərinə dəvət ediblər. Bayram tədbirləri qədim Corat kəndindən başlayacaq və yenicə istifadəyə verilən Bayraq meydanında davam etdiriləcək. Coratda qala divarları tikilib, qədim gəmi səhnəsi qurulub, bazar meydanı açılıb. Bununla belə həmin ərəfədə qədim toplardan atəş açılacaq, bayram üçün xüsusi hazırlanmış dünyanın ən nəhəng Corat qutabı və uzaq keçmişdə Qafqaz Albaniyasında olmuş Roma sərkərdəsi Pompey öz qoşunu ilə bayrama qatılacaq.

Tədbirlər axşam geniş bayram konserti və əsrarəngiz atəşfəşanlıqla başa çatacaq. Ceyhun Eyyubov

Facebook Şərhləndirmə:

Şərhinizi yazın