Menu
Geri İrəli

Sabah Sumqayıtda “Sülh göyərçini” abidəsinin açılışı olacaq

Müəllif: sumqayitxeber.com • Tarix: 30 İyul 2013 • Baxış sayı: 528 dəfə • Şərh yoxdur

 

Sumqayıt şəhərinin rəmzi hesab olunan “Sülh göyərçini” abidəsinin təmir işləri başa çatıb. Sabah şəhərdə açılış mərasimi keçiriləcək.  “Sumqayitxeber.com”-a daxil olan məlumata görə sabah saat 19:00-da abidənin açılışı olacaq.

Qeyd edək ki, abidə 1978-ci ildə dənizkənarı parkda ucaldılıb. Abidə betondan tökülüb. Alçaq səthi postament üzərində yerləşdirilmiş göyərçin heykəli qanadlarını açaraq sanki uçmağa hazırlaşmış vəziyyətdə icra olunub.

Müəllifləri Sumqayıt şəhərinin rəssamı Vaqif Nəzirov və rəssam-heykəltəraş Asim Quliyevdir.

Sonuncu dəfə 2008-ci ilin yanvar ayının 5-də rekonstruksiya edilib.

Pərvin

goyercin

Facebook Şərhləndirmə:

Şərhinizi yazın