Menu
Geri İrəli

Sabahdan Bakı-Sumqayıt yolu bağlanacaq

Müəllif: sumqayitxeber.com • Tarix: 8 Sentyabr 2009 • Baxış sayı: 717 dəfə • Şərh yoxdur
Share Button

Sabahdan Bakıdan 30 km-dən aralı məsafədə yerləşən Sumqayıt şəhəri istiqamətindəki yolda Bakı dairəvi yolundan keçid üçün körpü-tunelin tikintisi ilə əlaqədar olaraq, Bakı-Quba-Rusiya sərhədi yolunun altıncı kilometrliyindən avtomobillərin hərəkəti məhdudlaşdırılacaq. Bu barədə çərşənbə axşamı Azərbaycan Nəqliyyat Nazirliyi “Azəryolservis” ASC-nin mətbuat xidmətinin rəhbəri Pünhan Mürsəliyev deyib.

“Tikinti işləri ilə əlaqədar olaraq, bu istiqamətdə avtomobillərin hərəkəti məhdudlaşdırılacaq. Bu istiqamətdə hərəkət üçün Biləcəri enişindən istifadə olunacaq”, – Mürsəliyev deyib.

Azərbaycan Nəqliyyat Nazirliyindəki digər mənbənin dediyi kimi, hərəkət Sumqayıt yolunda ilk Bakı dairəsində keçidin sağ hissəsinin inşası ilə əlaqədar məhdudlaşdırılacaq. “Bu körpü-tunelin sol tərəfi isə hələ yayda qurulub”, – mənbə əlavə edib.

Mürsəliyevin dediyi kimi, keçidin sol hissəsi ay yarım ərzində qurulub, cüzi ləngimə isə bu ərazidə qaz borularının keçməsi ilə bağlı olub. “Sağ qanadın inşası heç bir ləngimə baş verməsə bir ay ərzində başa çatdırılmalıdır”, – o deyib.

Mənbə: TREND

Facebook Şərhləndirmə:
Share Button

Şərhinizi yazın