Menu
Geri İrəli

Sabirabadda dəhşətli qəza: 4 ölü, 1 yaralı

Müəllif: sumqayitxeber.com • Tarix: 11 Yanvar 2014 • Baxış sayı: 624 dəfə • 1 şərh

Azərbaycanın Sabirabad rayonunda baş verən dəhşətli avtoqəza nəticəsində 4 nəfər ölüb.

statistika-qeza

APA-nın Mil-Muğan bürosunun verdiyi məlumata görə, gecə saatlarında Hacıqabul-Bəhrəmtəpə yolunun 12-ci kilometrliyində, Sabirabad rayonunun Şəhriyar kəndi ərazisində yük maşını ilə “VAZ-21011” markalı avtomobilin toqquşması nəticəsində 4 nəfər ölüb, bir nəfər ağır yaralanıb.

 Sabirabad rayonunun Nəriman kənd sakinləri – 1994-cü il təvəllüdlü sürücü Həsənov Fərid Nazir oğlu, sərnişinləri – 1995-ci il təvəllüdlü Əhmədov Ələddin Qazər oğlu, 1991-ci il təvəllüdlü Cəbrayılov Orxan Etibar oğlu və 1994-cü il Hüseynov Mircəfər Zamin oğlu hadisə yerində dünyasını dəyişib.

 Yaralı – Nəriman kənd sakini, 1991-ci il təvəllüdlü Əhmədov Fərid Gülmirzə oğlu Şirvan şəhər xəstəxanasının reanimasiya şöbəsinə yerləşdirilib.

 Faktla bağlı BDYPİ tərəfindən araşdırma aparılır.

Facebook Şərhləndirmə:

“Sabirabadda dəhşətli qəza: 4 ölü, 1 yaralı” yazısına bir cavab

  1. yunis deyir:

    ALLAH REHMET ELESIN.VALIDEYNLERINE SEBR DILEYIREM.

Şərhinizi yazın