Menu
Geri İrəli

ŞAD XƏBƏR: SOCAR Sumqayıtda12 mindən çox iş yeri açacaq

Müəllif: sumqayitxeber.com • Tarix: 8 May 2015 • Baxış sayı: 931 dəfə • Şərh yoxdur

socar_logo_new_200914Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin (SOCAR) Sumqayıtda kimya sənayesi sahəsində zavodların tikintisi üzrə reallaşdırdığı layihələr Azərbaycanda 12 mindən çox iş yerinin açılmasına imkan verəcək.

Trend-in məlumatına görə, bunu jurnalistlərə SOCAR-ın prezidenti Rövnəq Abdullayev deyib.

Onun sözlərinə əsasən, SOCAR kadr siyasətinə, gənc kadrların yetişdirilməsi, yeni iş yerlərinin açılması məsələlərinə böyük diqqət ayırır: “Müasir standartlar əsasında gənc kadrların hazırlanması üzrə işlər aparılır”.

R.Abdullayev qeyd edib ki, karbamid zavodunun tikintisi artıq başlayıb: “Zavodun fəaliyyətinin pik dövründə orada 7 mindən çox işçi çalışacaq. “SOCAR Polymer” layihəsinin reallaşdırılması hesabına daha 5 minə yaxın iş yeri açılacaq. “SOCAR Polymer” çərçivəsində iki zavod – polietilen və polipropilen – inşa edilir”.

Facebook Şərhləndirmə:

Şərhinizi yazın