Menu
Geri İrəli

Sadəcə “Anar”…

Müəllif: sumqayitxeber.com • Tarix: 9 Mart 2015 • Baxış sayı: 2,248 dəfə • 1 şərh
Share Button

10496971_652775658143843_5987092267451110400_oDünən hərbi xidmətdə olan üzvümüz Anar​ın ölüm xəbərini aldıq.

Əsgər yoldaşı tərəfindən güllələndiyi deyilir.

Anar kimi gənci kiminsə nəinki güllələməyə, incitməyə belə ürəyi gəlirsə, deyiləsi söz qalmır…

2011-ci ilin oktyabrın 8-i idi. Cəmi 1 həftə öncə yaratdığımız təşkilatın ilk iclasını keçirirdik. Yeni yaranmış, tanınmayan, tərcüməçilərin hələ ciddiyə almadığı bir təşkilata üzv yazılmaq və ilk iclasında olmaq nə demək idi? Bu o demək idi ki, o zalda olan hər bir gənc öz inkişafına təkan verəcək ən kiçik qığılcımın belə arxasınca getməyə hazır idilər. Anar da belələrindən idi.

Elə Dillər Universitetinin özündə də boş vaxtlarını əyləncələrdə keçirmək istəyən, macəra axtaran gənclər az deyil. İştirakçıların 90 faizinin qızlardan ibarət olduğu ilk iclasımızda bir neçə oğlan var idi ki, onlardan da biri Anar idi…Azərbaycan Dillər Universitetinin Tərcümə Fakültəsinin 2-ci kurs tələbəsi Anar Bayramov Günəş oğlu..

8 oktyabr 2012-ci il. Anar ilk iclasımızda

8 oktyabr 2011-ci il. Anar ilk iclasımızda

İlk tədbirimiz hər kəsin özü barədə məlumat verməsi ilə başladı. Hər kəs özünü təqdim etdi. Anar isə 2 sözlə təqdim etdi özünü: “Sadəcə Anar”. İştirakçılar gülümsəsə də, o, özünü çox yaxşı ifadə etmişdi. Mənim yaddaşımda məhz bu cür qalacaq: Sadəcə Anar. Niyəsini bir azdan biləcəyik

8 oktyabr 2012-ci il. Anar ilk iclasımızda

8 oktyabr 2011-ci il. Anar ilk iclasımızda

19 yaşlı Anar  2-ci kurs tələbəsi idi. O, gündən etibarən, hərbi xidmətə yola düşənədək demək olar ki, bütün tədbirlərimizdə, təlim və seminarlarımızda iştirak edirdi. Sadəcə iştirakçı deyildi, bir çox tədbirlərimizin təşkilində də iştirak edirdi. Sadə bir insan idi, ona həvalə edilən tapşırıqları vaxtında və dəqiq yerinə yetirər, bəzi tədbirlərdə oturmağa belə yer tapmazdı, oturmaq kimi dərdi də yox idi, o öyrənməyə gəlirdi

Anar Fələstin səfiri ilə görüşdə (ən son sırada)

Anar Fələstin səfiri ilə görüşdə (ən son sırada)

Anar yaradıcı bir şəxs idi. Çoxları onun bu tərəfini bilməsə də, o öz ideyalarını Facebook-da mənə çatdırırdı. Ən son ideyası “Tərcüməçi” sənədli filminin çəkilməsi idi: “Tercumeci” adli senedli film cekmek isteyirem,fikrimi seninle bolusmek istedim…Ssenarini men hazirlayacam,meqsed tercumecilik pesesinin cetinliklerini insanlara catdirmaqdir.”

Anar şifahi tərcümə ilə bağlı təlmizdə

Anar şifahi tərcümə ilə bağlı təlimimizdə

2013-cü ilin martında təşkilatın ən fəal üzvlərindən olan Anar AGTA-nın Nəzarət-Təftiş Komitəsinə seçildi. Bundan sonra fəallığını daha da artırdı. 2013-cü ilin sentyabrında 1-ci Milli Tərcümə Forumunda mükafatlandırılan gənclər arasında idi.

1-ci Milli Tərcümə Forumu. Anar öz "Təşəkkürnamə"sini Beynəlxalq Tərcüməçilər Federasiyasının Avropa Mərkəzinin rəhbəri Eyvor Foqartidən alır...

1-ci Milli Tərcümə Forumu. Anar öz “Təşəkkürnamə”sini Beynəlxalq Tərcüməçilər Federasiyasının Avropa Mərkəzinin rəhbəri Eyvor Foqartidən alır…

Sadə, tərbiyəli, mədəni, çalışqan, təşəbbüskar… Onu ifadə edəcək çox söz yazmaq olardı. Amma ən yaxşısı onun özünü təqdim etdiyi kimidir: Sadəcə Anar…

ALLAH RƏHMƏT ELƏSİN…

İsmayıl Cəbrayılov, İsmayıl Cəbrayılov Azərbaycan Gənc Tərcüməçilər Assosiasiyasının sədri

Mənbə: https://happytranslating.wordpress.com/2015/03/09/sad%C9%99c%C9%99-anar/

 

 

 

 

 

Facebook Şərhləndirmə:
Share Button

“Sadəcə “Anar”…” yazısına bir cavab

  1. Rəhman Orxan deyir:

    Belə oğula əl qaldıranı, güllə atanı yerindəcə güllələmək, tikə-tikə doğramaq lazımdır! Çox güman ki, bu qətl də yenə də həmişə lovğa, təkəbbürlü olan kiçik komandirlərdən birinin əməlidir…
    Niyə belə qətllərin qarşısı vaxtında alınmır? Hər zaman əsgərlərlə təmasda olmalı olan gizirlər bəs hara baxır? Bu cür qətllərlə bağlı məhkəmələr gizli yox, açıq şəkildə aparılmalıdır. Qapalı məhkəmələrdə çox şey gizli aparılır və bir çox mətləblər açılmamış, gizli qalır.

Şərhinizi yazın