Menu
Geri İrəli

Şagirdlərinin Tədqiqat layihəsinin təqdimatı keçirilib

Müəllif: sumqayitxeber.com • Tarix: 17 Dekabr 2009 • Baxış sayı: 332 dəfə • Şərh yoxdur

hhhSumqayıt şəhər Təhsil Şöbəsində Təhsil Şöbəsinin müdiri, Sumqayıt şəhər məktəblərinin direktorlarının və qabaqcıl müəllimlərin iştirakı ilə İREX-Azərbaycan Mediaya Yardım Layihəsi Məktəb Şagirdlərinin Tədqiqat layihəsinin təqdimatı keçirilib.

Layihənin həyata keçirilməsində əsas məqsəd Azərbaycanın bölgələrindəki orta məktəb şagirdlərinə internetdən pulsuz istifadə etmək üçün imkanları təqdim etmək və onların tədqiqat işi aparmaq qabiliyyətlərinin inkişafına yardım göstərmək.

Layihə çərçivəsində bölgələrdə internet mərkəzlərinin azlığı və internetdən pulsuz istifadə imkanlarının məhdudluğu, şagirdlərin internet vasitəsi ilə müxtəlif mövzularla bağlı araşdırma və axtarış qabiliyyətlərinin zəifliyi, bölgələrdəki orta məktəb şagirldlərinin intellektual səviyyələrinin artırılması üçün imkanların məhdudluğu, bölgə məktəblərinin şagirdləri arasında müxtəlif mövzularda müsabiqələrin keçirilməsində olan məhdudiyyət problem kimi qoyulmuşdur.
Təqdimatda qeyd edilib ki, Azərbaycanın bölgələrində yerləşən orta məktəblərin yuxarı sinif şagirdləri arasında internetdən istifadə edərək Azərbaycanla bağlı müxtəlif mövzular üzrə tədqiqat işinin aparılması üçün müsabiqənin keçirilməsi qarşıya məqsd qoyulmuşdur və Sumqayıt, Gəncə, Qazax, Şəki, Mingəçevir, Zaqatala, İmişli, Şirvan və Quba rayonlarının məktəb şagirdləri (9-11-ci sinif şagirdləri) arasında müsabiqə elan edilir
Layihəni aşağıdakı mərhələlərdə icra olunması nəzərdə tutulmuşdur.

• Şagirdlərə kömək məqsədilə hər məktəbdən fənn müəllimləri (tarix, coğrafiya, ictimaiyyət, insan və cəmiyyət, ədəbiyyat, iqtisadiyyat) layihəyə cəlb olunurlar.
• IREX-in regionlarda olan İcma İnkişaf Mərkəzləri (İİM) tərəfindən şagirdlərin və müəllimlərin internetdən istifadə etmələri üçün müəyyən saatlar üzrə cədvəllər hazırlanır.
•Hər bir məktəbdən şagirdlərin fərdi qaydada tədqiqat işi (5-6 səhifə həcmində) məktəbə təqdim olunur.
•Hər bir bölgədən 4-5 ən yaxşı tədqiqat işi seçilərək IREX-in Bakıdakı baş ofisinə göndərilir. İİM-lər bu işdə məktəblərə yardım edir.
• IREX tədqiqat işlərinin qiymətləndirilməsi üçün komissiya yaradır.
• Komissiya tədqiqat işlərini qiymətləndirir və hər bir bölgədən bir ən yaxşı tədqiqat işi müəyyən edilir.

Müsabiqənin yekunu olaraq ən yaxşı tədqiqat işinin müəllifi – şagird və onun bu işində ona yardım göstərən fənn müəllimi mükafatlandırılır. Mükafat kimi qalib gəlmiş şagird və fənn müəllimi – hər biri bir ədəd kompüter (netbuk) əldə edəcək və qalib gəlmiş şagirdin təmsil etdiyi məktəbin IREX tərəfindən pulsuz internet səhifəsinin yaradılması planlaşdırılır.

dddd qaqaededed

Facebook Şərhləndirmə:

Şərhinizi yazın