Menu
Geri İrəli

Şahin Mustafayev: “Sumqayıtda bu il 800-ə axın yeni iş yeri açılacaq”

Müəllif: sumqayitxeber.com • Tarix: 31 Yanvar 2017 • Baxış sayı: 1,686 dəfə • 1 şərh

shahin-mustafayev-1“Bu gün sərt pul siyasətinin aparıldığı şəraitdə iqtisadi fəallığın və məşğulluğun təmin edilməsi, iqtisadiyyata investisiyaların cəlb edilməsi üçün təşviq mexanizmlərinin əhəmiyyəti daha da artır”.

APA-nın məlumatına görə, bunu bu gün “Azərbaycan Respublikası regionlarının 2014-2018-ci illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı”nın icrasının üçüncü ilinin yekunlarına həsr olunmuş konfransda iqtisadiyyat naziri Şahin Mustafayev söyləyib.

İqtisadiyyat naziri deyib ki, Azərbaycan prezidentinin müvafiq fərmanlarına əsasən ötən ildən tətbiq olunan investisiya təşviqi mexanizmi özəl investisiyanın artımına ciddi töhfə verib: “Hesabat ilində 84 investisiya təşviqi sənədi verilib ki, bu layihələrin reallaşması nəticəsində 1 milyard manatdan çox özəl investisiya yatırılacaq, 6 min 700-ə yaxın yeni iş yeri açılacaq”.

Ş. Mustafayev bildirib ki, Sumqayıt Sənaye Kimya Parkında 4 müəssisə bu il, 3 il müəssisə isə gələn il fəaliyyətə başlayacaq, nəticədə 800-ə axın yeni iş yeri açılacaq: “Mingəçevir Sənaye Parkında 9 fabrikin yaradılması və 153 milyon dollar investisiya qoyuluşu, 5500 yeni iş yerinin açılması gözlənilir”.

Facebook Şərhləndirmə:

“Şahin Mustafayev: “Sumqayıtda bu il 800-ə axın yeni iş yeri açılacaq”” yazısına bir cavab

  1. Aynure deyir:

    Sumqayıt gözəl şəhərdir. Son zamanlar daha da gözəlləşir şəhərimiz. İş yerləri də açılsa lap əla olar.

Şərhinizi yazın