Menu
Geri İrəli

Şahmat Məktəbində əsaslı təmir və yenidənqurma işləri başa çatıb

Müəllif: sumqayitxeber.com • Tarix: 11 Yanvar 2010 • Baxış sayı: 365 dəfə • Şərh yoxdur
Share Button

Sumqayıt şəhər 3 saylı Uşaq-Gənclər İdman Şahmat-Dama Məktəbində aparılan müasir üslubda əsaslı təmir və yenidənqurma işləri başa çatıb. Yaxın gələcəkdə Məktəb istifadəyə veriləcək.

Qeyd edək ki, 1981-ci ildə yaradılan şəhər Şahmat Məktəbində hazırda 41 qrup fəaliyyət göstərir. Bu qruplarda 21 məşqçinin rəhbərliyi altında 508 nəfər uşaq, yeniyetmə, gənc şahmat və dama ilə məşğul olur. Məktəb ötən il Azərbaycan Respublikası Təhsil Nazirliyinin elan etdiyi “Respublikada ilin ən yaxşı şahmat məktəbi” üzrə şəhərlərarası müsabiqədə birinci yerə layiq görülüb.

Facebook Şərhləndirmə:
Share Button

Şərhinizi yazın