Menu
Geri İrəli

SDU-da Bayraq Günü

Müəllif: sumqayitxeber.com • Tarix: 9 Noyabr 2012 • Baxış sayı: 320 dəfə • Şərh yoxdur

Bu gün Sumqayıt Dövlət Universitetində Milli Bayraq Günü keçirildi. Bununla bağlı keçirilən tədbirdə ilk öncə universitetin rektoru, professor Nadir Qəhrəmanov çıxış edərək universitetin müəllim və tələbə heyətini, tədbir iştirakçılarını Milli Bayraq Günü və Konstitusiya Günü münasibətilə təbrik etdi. Rektor Milli Bayraq Gününün mahiyyətindən bəhs etdi, üçrəngli bayrağın dövlətçiliyimizin və müstəqilliyimizin ən əziz, ən uca atributlarından biri olduğunu qeyd etdi. Konstitusiya Günü barədə də danışan rektor vurğuladı ki, konstitusiyanın ölkəmizdə əsas hüquqi sənəd kimi formalaşması və möhkəmlənməsində ulu öndər Heydər Əliyevin əvəzedilməz rolu olmuşdur.

Daha sonra çıxış edən Ümumi Tarix kafedrasının müdiri, professor Şirxan Səlimov Azərbaycanın konstitusiya tarixi barədə məlumat verdi, Əsas Qanunun bugünkü cəmiyyətimizdəki rolundan bəhs etdi.

Azərbaycan Tarixi kafedrasının müdiri, tarix elmləri namizədi, dosent Əmirxan İsayev isə Azərbaycan bayrağının keçdiyi tarixi yola nəzər saldı, bu milli atributumuzun formalaşmasının tarixi aspektləri barədə danışdı.

Daha sonra Milli Bayraq Gününə həsr olunmuş bayram konserti ilə tədbir davam etdi. Tələbələrin hazırladığı səhnələr maraqla qarşılandı.

Tədbirdən sonra səhnə arxasında tələbələrlə görüşən universitetin rektoru Nadir Qəhrəmanov onlara təşəkkür etdi, tövsiyələrini çatdırdı.

Facebook Şərhləndirmə:

Şərhinizi yazın