Menu
Geri İrəli

SDU-da “Qızıl 91” flaşmobu təşkil olunub

Müəllif: sumqayitxeber.com • Tarix: 9 May 2014 • Baxış sayı: 565 dəfə • Şərh yoxdur

SDU-da Ümummilli lider Heydər Əliyevin anadan olmasının 91-ci ildönümü böyük təntənə ilə qeyd edildi

DSC_0172Bu günlər xalqımız öz ümummilli lideri, müasir müstəqil Azərbaycan dövlətimizin  qurucusu olan Heydər Əliyevin anadan olmasının 91-ci ildönümünü böyük təntənə ilə qeyd edir.

Mayın 7-də universitetin həyətində tələbələrin iştirakı ilə “Qızıl 91” flaşmob təşkil olunmuşdur.

Mərasimdən əvvəl iştirakçılar universitetin foyesindəki Heydər Əliyevin büstü önünə gül dəstələri qoyaraq, ona dərin ehtiramlarını bildirdilər.

Tədbir Azərbaycan Respublikasının Dövlət Himninin səsləndirilməsi  ilə açıq elan olundu.

Tədbirdə əsas məqsəd Ümummilli liderin əziz xatirəsini  yad etməkdir. Aksiyada hava şarlarından istifadə olundu. Flaşmobçular qısa zaman ərzində yaratdıqları orijinal və təkrarsız kompozisiya ilə hər kəsin marağına səbəb oldu. Mobberlər (flaşmob iştirakçıları) qeyri-adi və abstrakt məzmunlu hərəkətləri ilə bu aksiyaya rəng qatdı.

Akt zalının foyesində təşkil olunmuş sərgidə istedadlı tələbələr öz  əl işlərini və rəsm əsərlərini nümayiş etdirdilər.

Sonra Sumqayıt Dövlət Universitetində ümummilli lider Heydər Əliyevin anadan olmasının 91-ci ildönümü ilə əlaqədar olaraq “Əsrə bərabər illər” mövzusunda Elmi-praktik konfrans keçirildi.

Konfransı giriş sözü ilə SDU-nun rektoru Elxan Hüseynov açaraq Ümummilli liderin zəngin həyat və fəaliyyətindən, müasir müstəqil dövlətimizin yaradılmasından və möhkəmləndirilməsindən, onun dövlətimiz və xalqımız qarşısındakı tarixi xidmətlərindən, qayğısından söhbət açmışdır. Natiq bildiridi ki, bu gün biz Ulu öndərin uzaqgörən siyasi və iqtisadi fəaliyyətinin nəticəsi olaraq bu ideyalarının təntənəsini yaşayırıq. Dövlətçilik və Azərbaycançılıq ulu öndərin həyat və fəaliyyətinin əsas prinsiplərindən biri idi deyən rektor qeyd etmişdir ki, 1993-cü ildə xalqın təkidli tələbi ilə ikinci dəfə hakimiyyətə qayıtdıqdan sonra həyata keçirdiyi uğurlu və geniş miqyaslı islahatlar nəticəsndə ölkəmizin sosial-iqtisadi, ictimai-siyasi, elmi-mədəni və digər sahələri sürətlə inkişaf etməyə başlamışdır. Ümummilli liderimiz Azərbaycanı və onun müstəqilliyini məhv olmaq təhlükəsindən xilas etmiş, ölkəmizdə ictimai-siyasi sabitliyi bərqərar etmişdir.

Ulu öndər  Heydər Əliyev 34 ildən artıq bir dövrü əhatə edən zəngin siyasi fəaliyyəti ilə Azərbaycan dövlətinin tarixində müstəsna rol oynamışdır. Məhz buna görə xalqımız Ulu öndərin adını mili tariximizə dövlətimizin xilaskarı, memarı və qurucusu kimi həkk etmişdir.

Rektor E.Hüseynov Ümummilli lider Heydər Əliyevin bütün sahələrdə olduğu kimi təhsil sahəsindəki əvəzsiz xidmətlərindən də bəhs etmişdir. O bildirmişdir ki, Azərbaycanda elmin, təhsilin maddi-texniki bazası və kadr potensialı əsasən XX illərin sonralarında formalaşmışdır. Heydər Əliyev 1970-80 –ci illərdə minlərlə gənci SSRİ-nin ən nüfuzlu ali məktəblərinə göndərməklə yüksək ixtisaslı kadr ordusunun yaradılmasına səbəbkar olmuşdur.

Bu nadir şəxsiyyət özündən sonra gələn nəsillər üçün çox zəngin irs qoymuşdur.

Bu irs bütöv bir idarəçilik məktəbini, xalqımızın özünütəsdiq və həmrəylik hisslərini, dövlətçilik şüurunu, çağdaş ictimai-siyasi fikrin ən ümdə keyfiyyətlərini özündə ehtiva edir. Bu gün müstəqil dövlət ideyası ən yeni tariximizdə məhz Heydər Əliyevə məxsusdur.

Ümummilli liderin mənəvi-siyasi irsinin ən layiqli davamçısı Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycanın çağdaş tarixinin yeni şanlı səhifələri yazılır.

Prezident İlham Əliyevin xarici siyasətdə ulu öndərimiz tərəfindən müəyyənləşdirilmiş vahid strategiya və dəyişməz prioritetlərə sadiqlik nümayiş etdirməsi dünya dövlətlərinin Azərbaycana inamını, etimadını gücləndirən ən başlıca amildir.

Bu gün Heydər Əliyevin milli kadrları ölkədə ən yüksək mövqelərdə çalışırlar. Onların sırasında nazirlər, komitə sədrləri var. Bu kadr ordusuna və Azərbaycana bu gün rəhbərlik edən Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev də ümummilli liderin yetirmələrindəndir.

Rektor E.Hüseynov Prezident İlham Əliyevin təhsil sahəsindəki qayğısından danışaraq bildirdi ki, “Təhsil Azərbaycanın davamlı inkişaf strategiyasının ən öncül istiqamətlərindən biridir” konsepsiyası cəmiyyətin inkişafında yeni zəmin yaratmaqla yanaşı, dovlət başcısının bu uzaqgörən fikirlərini bir daha təsdiqləyir: “Biz maddi dəyərlərimizi, iqtisadi potensialımızı insan kapitalına cevirməliyik. Çünki insanın savadı, biliyi onun gələcək həyatını muəyyən edir, ölkənin hərtərəfli inkişafına xidmət edir”.

Rektor qeyd etdi ki, Azərbaycanın inkişafı yolunda ölkə başçısı İlham Əliyevlə yanaşı onun xanımı, Heydər Əliyev Fondunun prezidenti, UNESCO və İSESCO-nun xoşməramlı səfiri Mehriban Əliyevanın da rolu danılmazdır.

2004-cü ildən fəaliyyətə başlamış Heydər Əliyev Fondu təhsil, səhiyyə, mədəniyyət, idman, elm və texnologiya, ekologiya, sosial və digər sahələrdə müxtəlif layihələr həyata keçirərək yeni cəmiyyət quruculuğunda fəal iştirak edir, ölkənin sosial-iqtisadi inkişafına öz töhfəsini verir.

Tarix hər bir insan fəaliyyətinin qiymətini verir. Xoşbəxt o xalqdır ki, tarixin ən çətin mürəkkəb dönəmində onu qorumaqla yanaşı, inkişaf etdirməyin yolunu göstərən şəxsiyyətlər yetişdirə bilir. Bu mənada Azərbaycan xalqı çox xoşbəxtdir. Onun Heydər Əliyev kimi dahi şəxsiyyəti və İlham Əliyev kimi davamçısı var!

Konfransda tarix fakültəsinin dekanı, professor Adil Baxşəliyevin “Heydər Əliyev Azərbaycan dövlətçiliyinin memarıdır ” məruzəsi, məruzə ətrafında isə fəlsəfə kafedrasının müdiri, professor Həsən Sadıqov “Heydər Əliyev və Azərbaycançılıq ideyaları”, Biznesin təşkili və idarəedilməsi kafedrasının müdiri, dosent Qalib Hüseynov “Heydər Əliyev və Azərbaycanın iqtisadi inkişafının əsasları” mövzularında çıxışları dinlənildi.

Sonda  Filologiya fakültəsinin tələbələri Altun Rəcəbli və Nurlan Səmədlinin hazırladıqları  Heydər Əliyevin həyat və fəaliyyətini əks etdirən “Qızıl -91” sənədli filmi nümayiş olundu.

Qeyd edək ki, Sumqayıt Dövlət Universiteti Müasir Azərbaycanın banisi və qurucusu Heydər Əliyevin anadan olmasının 91-ci ildönümü ilə əlaqədar bir sıra silsilə tədbirlər həyata keçirmişdir.

DSC_0294Universitetin kitabxanasında və ayrı-ayrı fakültələrdə dünya şöhrətli siyasi xadim, Azərbaycan xalqının böyük oğlu, müstəqil Azərbaycan dövlətinin xilaskarı, azərbaycançılıq ideologiyasının banisi Ümummilli lider Heydər Əliyevin həyat və fəaliyyətinə dair “dəyirmi masa”lar təşkil olunmuşdur.

Müasir və müstəqil Azərbaycan Respublikasının ictimai, siyasi, mədəni həyatında qazanılan parlaq qələbələri ölkə tarixinə qızıl hərflərlə yazmış ümummilli lider Heydər Əliyevin anadan olmasının 91-ci ildönümü münasibəti ilə Sumqayıt Dövlət Universitetində Təhsil Nazirliyinin və Təhsil İşçilərinin Azad Həmkarlar İttifaqı Respublika Komitəsinin birgə təşkilatçılığı ilə “Ali məktəb tələbələri arasında bədii özfəaliyyət kollektivlərinə baxış” bədii yaradıcılıq festivalının seçim turu keçirilmişdir.

SDU-nun tələbə ictimai təşkilatlarının iştirakı ilə ümummilli liderimiz Heydər Əliyevin gənclər siyasətinə həsr olunmuş “Heydər Əliyev və Azərbaycan gəncliyi”  mövzusunda seminar keçirilmişdir. Seminarda universitetin humanitar məsələlər üzrə prorektoru, dosent Nizami Namazov, ömür yolunun hər bir anı, hər bir dəqiqəsi mənalı və şərəfli keçən, təkcə xalqımızın, müstəqil dövlətimizin, tarixində deyil, böyük türk dünyasının da dahi şəxsiyyətləri sırasında özünəməxsus yeri olan ulu öndərimiz, müasir, müstəqil dövlətimizin qurucusu və banisi, dahi şəxsiyyət Heydər Əliyevin ömür kitabından bəhs etmişdir.

Ümummilli lider Heydər Əliyevin anadan olmasının 91-ci ildönümünə  həsr edilmiş tələbələrdən ibarət üç növ üzrə (şahmat, armrestlinq, mini futbol) fakültələrarası idman yarışları keçirilmiş, mayın 1-30-dək Bakı şəhərində Azərbaycan Respublikası ali məktəb əməkdaşları arasında idmanın 6 növü (şahmat, dama, stolüstü tennis, voleybol, nərd, mini futbol) üzrə keçirilən spartakiadada SDU-nun əməkdaşları da iştirak edir.

“Heydər Əliyev xalqım üçün kimdir?” mövzusunda universitet tələbələri arasında 10 aprel-8 may tarixlərində  inşa müsabiqəsi keçirilmişdir.

Dahi liderin 91 illiyinə həsr olunmuş fakültə komandaları arasında “Breyn rinq” intilektual bilik yarışı keçirilmişdir. Gənclərin vətənpərvərlik, vətəndaşlıq ruhunda tərbiyə olunması onlar arasında Azərbaycan tarixinin daha geniş təbliğ edilməsini, intellektual və yaradıcılıq inkişafını, asudə vaxtlarını mənalı şəkildə təşkilini təmin etmək üçün belə yarışların keçirilməsi artıq ənənə halı almışdır.

Yarışda Ulu öndər Heydər Əliyevin təhsilə göstərdiyi diqqət və qayğıdan danışılmış və “Təhsil hər bir dövlətin, ölkənin, cəmiyyətin həyatının, fəaliyətinin mühüm bir sahəsidir. Cəmiyyət təhsilsiz inkişaf edə bilməz” kəlamı bir daha vurğulanmışdır.

Silsilə tədbirlərdən biri də Sumqayıt Dövlət Universiteti kollektivinin Sumqayıt Musiqili Dram Teatrında Ümummilli lider Heydər Əliyevin həyat və fəaliyyətini əks etdirən “Xilaskar” tamaşasına baxışı olmuşdur.

Universitet rəhbərliyi Ulu öndərin mənalı həyat və zəngin fəaliyyət yolunu özündə əks etdirən möhtəşəm tamaşanın ərsəyə gəlməsində zəhməti olan Sumqayıt Musiqili Dram Teatrının incəsənət xadimlərinə kollektiv  adından dərin təşəkkürünü bildirdi.

Facebook Şərhləndirmə:

Şərhinizi yazın