Menu
Geri İrəli

SDU-nun tələbələri dövlət qulluğuna qəbul qaydaları barədə məlumatlandırılıblar

Müəllif: sumqayitxeber.com sumqayitxeber.com • Tarix: 1 Noyabr 2014 • Baxış sayı: 418 dəfə • Şərh yoxdur

1414773176219226999_600x400

Sumqayıt, 31 oktyabr, AzərTAc
Oktyabrın 31-də Sumqayıt Dövlət Universitetində (SDU) Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət Qulluğu Məsələləri üzrə Komissiyanın Dövlət qulluğuna kadrların seçilməsi şöbəsinin müdiri Afaq Hüseyn, həmin şöbənin məsləhətçisi Anar Mirzəyev ilə bu il məzun olacaq tələbələrin görüşü olub.
AzərTAc xəbər verir ki, görüşün əsas məqsədi builki bakalavr və magistrləri dövlət qulluğuna qəbul qaydaları ilə tanış etməkdən ibarət olub. Tədbirdə çıxış edənlər vurğulayıb ki, Prezident İlham Əliyevin diqqət və qayğısı nəticəsində ölkəmizdə işsizliyin aradan qaldırılması, gənclərin işlə təmin olunması istiqamətində uğurlu addımlar atılır. Bu uğurlu siyasətin davamı olaraq dövlət başçısının Sərəncamı ilə “Azərbaycan gəncliyi 2011-2015-ci illərdə” Dövlət Proqramı təsdiq edilib.
Tələbələrə Komissiyanın fəaliyyəti, qarşılarında duran vəzifələr, dövlət qulluğu sahəsində həyata keçirilən islahatlar, şəffaflıq və açıq müsabiqəyə əsaslanan dövlət qulluğuna qəbul sistemi və s. barədə məlumat verilib.
Bildirilib ki, builki məzunların 71 dövlət orqanı üzrə 864 vakant dövlət qulluğu vəzifəsinin tutulması üçün elan olunmuş müsabiqələrdə iştirak etmə imkanları var.
Daha sonra dövlət qulluğuna qəbulun şərtləri barədə məlumat verilib.
Tədbirin sonunda komissiyanın əməkdaşları tələbələri maraqlandıran sualları cavablandırıb.

 

Facebook Şərhləndirmə:

Şərhinizi yazın