Menu
Geri İrəli

SƏFİR: “Sumqayıtda təkər zavodu və kimya sahəsində müştərək işimiz var”

Müəllif: sumqayitxeber.com • Tarix: 28 Sentyabr 2017 • Baxış sayı: 180 dəfə • Şərh yoxdur
Share Button

“Sumqayıtda isə təkər zavodu və kimya sahəsində müştərək işimiz var. Yəni həm siyasi, iqtisadi, turuzm, mədəniyyət, din sahəsində əlaqələrimiz günbəgün inkişaf edir. “

Azərbaycan-İran münasibətləri yüksək səviyyədədir.

Bunu İran İslam Respublikasının(İİR) Azərbaycandakı səfiri Cavad Cahangirzadə deyib. Diplomat SalamNews-un digər suallarını da cavablandırıb. Müsahibəni oxucularımıza təqdim edirik.

-Cənab səfir, hazırda Azərbaycanla İran arasında əsas əməkdaşlıq sahələri hansılardır? Ümumiyyətlə, iki ölkənin münasibətlərinin inkişafını necə dəyərləndirirsiniz?

-Azərbaycan İran münasibətlərindən danışarkən iki sahəni vurğulamaq lazımdır. Birincisi, siyasi münasibətlərdir. İki ölkə arasında siyasi sahədə münasibətlər ciddi şəkildə qurulmasa, iqtisadi, mədəni, turizm, idman, müdafiə sahəsində əlaqələr qurulub inkişaf edə bilməz. Azərbaycan Prezidenti İlham Əliyevlə İran Prezidenti Həsən Ruhani arasında xüsusi münasibətlər var. Buna nümunə kimi iki prezidentin son 4 ildə 9 görüşünü göstərmək kifayət edir. Bu onu sübut edir ki siyasi sahədə münasibətlərimiz yüksək səviyyədədir. Siyasi sahədəki mövcud münasibətlər, ölkələrimiz arasındakı əməkdaşlığının daha da inkişaf etdirilməsinə təkan verir. Bir il deyil ki, Azərbaycanda səfir kimi çalışıram. Bu müddət ərzində İranın 6 nazir, mühüm vilayətlərinin 6 valisi Azərbaycana səfər edib. Onların arasında Təbriz, Ərdəbil, Gilan, Urmiya, Gülüstanı qeyd etmək olar. Regionlar arasında da çox yaxşı münasibətlər qurulmaqdadır. Ötən müddət ərzində beş biznes forum keçirilib. Bu biznes forumlar Bakıda, Naxçıvanda,  Urmiya və Ərdəbildə baş tutub. İndi istəyirik ki, Təbrizdə də belə forum keçirək.

-İki ölkə arasında səhiyyə, nəqliyyat, avtomobil istehsalı zavodu və digər  sahələrdə bir sıra vacib layihələr həyata keçirilir. Həmin layihələrin tamamlanması üzrə işlər hansı mərhələdədir?

- Mühüm müştərək layihələr həyata keçirilir. Bunların sırasında dəmiryol, avtomobil istehsalı zavodu, dərman zavodu və digərləri var. Turizm sahəsində də çox yaxşı əlaqələrimiz mövcuddur.  İki ölkənin qeyd etdiyim sahələrdə əlaqələri ona görə inkişaf edir ki, siyasi sahədə problemlərimiz yoxdur. Bundan başqa, Azərbaycanla İran bu çətin regionda təhlükəsiz şəraitdə yaşayırlar. İki dövlətin başçılarının da bizə göstərişi bundan ibarətdir ki, əlaqələrimiz daha da inkişaf etdirək.

2016-cı ildə  ticarət dövriyyəmiz 2015-ci ilə nisbətən 70 faiz artıb. Bu ilin 8 ayı ərzində ötən ilin eyni dövrü ilə müqayisədə 40 faiz artım var. Qarşıdakı dörd ay ərzində isə bu rəqəm daha da artacaq.

Bir neçə gün əvvəl Neftçalada oldum və avtomobil istehsalı zavoduna baş çəkdim. Tikintinin 85 faizi yerinə yetirilib. Avadanlıqlar İrandan gətirilərək qurulacaq. İldə 10 min maşının istehsalı nəzərdə tutulub.

Zavodda 350 nəfər işləyəcək. Dərman zavodu da tikilir və bu zavodun məhsulları həm Azərbaycan, həm İran bazarlarında satılacaq. Bu yaxınlarda Astaraya da səfər edib dəmiryolunun tikintisi ilə tanış oldum. Azərbaycan tərəfində işlər yekunlaşıb, İran tərəfində isə işlər bitmək üzrədir.

Orda bir terminal var ki, yüklər gəlib boşaldılacaq və Azərbaycan dəmiryolu vasitəsilə Gürcüstana,  ordan isə Avropaya gedəcək. Bu çox böyük işdir, regionun inkişafında bir çevrilişə bərabərdir. Həm yolları qısaldır, həm zamanı azaldır, həm xərclər az çıxır.  Bir müştərək işimiz də 167 km-i əhatə edəcək Astara-Rəşt dəmiryoludur, artıq müzakirələr başlayıb. Şimal-cənub dəhlizi ölkələrimizin müştərək işidir və bu layihə prezidentlərin diqqət mərkəzindədir.

Kənd təsərrüfatı sahəsində də müştərək işlər görmüşük və bəzi regionlarda iki ölkə bu istiqamətdə əməkdaşlıq edir. Çəltik, pambıq, qarğıdalı istehsalı ilə bağlı əməkdaşlıq var. Bundan əlavə, Urmiya traktor zavodunun Naxçıvan Muxtar respublikası ilə müqavilələri var.

Əgər bəyənilsə, müştərək traktor zavodu qurmaq fikrimiz var. Sumqayıtda isə təkər zavodu və kimya sahəsində müştərək işimiz var. Yəni həm siyasi, iqtisadi, turuzm, mədəniyyət, din sahəsində əlaqələrimiz günbəgün inkişaf edir.

-İraqın Kürd Muxtariyyətində referenduma münasibətiniz necədir?

-Rəsmi Tehran bununla xeyli əvvəl də mövqeyini açıqlayıb. Biz İraqın parçalanmasının əleyhinəyik. Türkiyə, Avropa ölkələri, ABŞ, İraq özü bu referendumun əleyhinədir. Ümumilikdə beynəlxalq aləmdə münasibət mənfidir. Bu referendum  İraq üçün çətinliklər yaradacaq.

-İran Suriya danışıqlarının iştirakçısıdır. Münaqişə ilə bağlı vəziyyəti necə qiymətləndirirsiniz?

- Vəziyyətin çox ağır olduğu dövrlərdə Suriyaya səfərlər etmişəm. ABŞ Əfqanıstana, İraqa gəldi, bu ölkələr xarabalığa çevrildi. Suriyada da eyni vəziyyətdir. Hər bir xalq gələcəyini özü müəyyən etməlidir. İranın mövqeyi belədir ki, xalq öz prezidentini seçməlidir. Demirik ki, Suriyada problem yoxdur, amma ölkənin gələcəyi ilə bağlı qərarı yalnız xalq verməlidir.

Facebook Şərhləndirmə:
Share Button

Şərhinizi yazın