Menu
Geri İrəli

Şəhid gizir bu gün Sumqayıtda torpağa tapşırıldı

Müəllif: sumqayitxeber.com • Tarix: 28 May 2014 • Baxış sayı: 895 dəfə • Şərh yoxdur
gizir-6Erməni kəşfiyyat-diversiya qrupunun postumuza basqın etməsi nəticəsində şəhid olan gizirimiz Abilov Xudaverdi Fərhad oğlunun cənazəsi bu gün torpağa tapşırılıb.

APA-nın məlumatına görə, Sumqayıtdakı Şəhidlər Xiyabanında keçirilən dəfn mərasimində gizirin hərbiçi yoldaşları, yaxınları və Müdafiə Nazirliyinin bir sıra hərbi qulluqçuları iştirak ediblər.

Qeyd edək ki, mayın 28-i gecə saatlarında erməni kəşfiyyat-diversiya qrupu növbəti dəfə postumuza basqın etməyə cəhd göstərib. Erməni kəşfiyyat-diversiya qrupu cəbhənin Füzuli rayonu ərazisində müdafiənin ön xəttində yerləşən mövqelərimizdəki postlardan birinə basqın edən zaman ordumuzun giziri Abilov Xudaverdi Fərhad oğlu şəhid olub, əsgərimiz Mirzəzadə Mehman Dadaşbala oğlu isə ağır yaralanıb. O, yaxınlıqdakı hərbi hospitala yerləşdirilib. Əsgərimizin vəziyyətində dəyişiklik yoxdur.

Facebook Şərhləndirmə:

Şərhinizi yazın