Menu
Geri İrəli

Şəhid məzarını təhqir edən ruhi xəstə kimdir? – AÇIQLAMA

Müəllif: sumqayitxeber.com • Tarix: 25 Sentyabr 2014 • Baxış sayı: 458 dəfə • Şərh yoxdur

“Ruhi xəstə Nüsrət Qasımovun ata və anası uzun müddət əvvəl vəfat edib. Himayəçisi kimi evdə bir qardaşı var. O, fərdi işlərlə, yəni qaynaq, santexinka və s. ilə məşğul olur. Nüsrət Qasımov uzun illər qeydiyyatda olan ruhi xəstədir və dəfələrlə Maştağadakı 1 saylı Respublika Psixiatriya Xəstəxanasında yatıb”. Lent.az-ın məlumatına görə, bunu modern.az-a DİN-in Buzovna qəsəbəsi, Albalılıq polis sahə məntəqəsindən deyiblər.

Qeyd edək ki, N. Qasımov 20 Yanvar şəhidi İlham Allahverdiyev və Fərizə Allahverdiyevlərin qəbirləri üzərində təhqiredici hərəkətlərə yol verib. Hadisə bu il avqustun 21-dən 22-nə keçən gecə baş verib.

Azərbaycanın müstəqilliyi, ərazi bütövlüyü və suverenliyi uğrunda canlarından keçmiş yüzlərlə soydaşımızın, mərd mübarizlərin uyuduğu, hər bir həmvətənimiz üçün əziz və müqəddəs məkan olan bu ziyarətgahda – Şəhidlər Xiyabanında belə bir vandalizm aktının törədilməsi haqlı olaraq cəmiyyətdə geniş ictimai rezonans doğurmuş, qəbirləri təhqir edilmiş şəhidlərin yaxınları da daxil olmaqla bir çox vətəndaşımız ölkə və hüquq-mühafizə orqanlarının rəhbərliyinə müraciət edərək həmin iyrənc hadisəni törədənlərin tezliklə yaxalanıb ədalət mühakiməsinə verilməsini, onların barəsində ən ciddi cəza tədbirinin görülməsini xahiş etmişdilər.

Faktla bağlı Cinayət Məcəlləsinin müvafiq maddəsi ilə cinayət işi başlanmışdı. Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən verilən məlumata görə, polis əməkdaşları tərəfindən həyata keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində cinayəti törədən şəxs sentyabrın 24-də, səhər saatlarında, Şəhidlər Xiyabanında növbəti dəfə təhqiredici hərəkətlərə yol verərkən yaxalanıb və istintaqa təhvil verilib.

Araşdırmalarla müəyyən edilib ki, bu, 1963-cü ildə Bakı şəhərində anadan olan, heç bir yerdə işləməyən, əvvəllər məhkum edilən Xəzər rayonunun Albalı bağlar massivində yaşayan

Nüsrət Qasımovdur.

 
Faktla bağlı istintaq davam etdirilir.

Facebook Şərhləndirmə:

Şərhinizi yazın