Menu
Geri İrəli

Səhiyyə naziri Sumqayıt 1 saylı şəhər xəstəxanasında vətəndaşları qəbul edəcək

Müəllif: sumqayitxeber.com • Tarix: 11 İyul 2014 • Baxış sayı: 903 dəfə • Şərh yoxdur

oqtar_sisisifghoqtaysSəhiyyə naziri Oqtay Şirəliyev iyulun 11-də Sumqayıt 1 saylı şəhər xəstəxanasında vətəndaşları qəbul edəcək. Səhiyyə Nazirliyinin mətbuat xidmətindən APA-ya verilən xəbərə görə, nazir Sumqayıt sakinləri ilə yanaşı, Qubadlı, Abşeron, Xızı, Siyəzən rayon sakinlərini qəbul edəcək və səhiyyə sahəsinə dair vətəndaşları maraqlandıran sualları cavablandıracaq.

 Qəbulda sakinlərin müraciətləri, şikayət, təklif və fikirləri nazir tərəfindən dinləniləcək və lazımi tədbirlər görüləcək. Qəbula yazılmaq istəyən vətəndaşlar Sumqayıt 1 saylı şəhər xəstəxanasında qeydiyyatdan keçə bilərlər.

Facebook Şərhləndirmə:

Şərhinizi yazın