Menu
Geri İrəli

Səhiyyə nazirliyi Sumqayıtda yoxlamaya başlayıb – AÇIQLAMA

Müəllif: sumqayitxeber.com • Tarix: 25 Noyabr 2015 • Baxış sayı: 888 dəfə • Şərh yoxdur

Sumqayıt şəhər 2 saylı Doğum evinin baş həkimi Ələkbərova İmmi İsmayıl qızı işdən azad olunub.

ANS PRESS-in məlumatına görə, bu barədə Səhiyyə Nazirliyinin mətbuat xidmətinin əməkdaşı Səfayə Əhmədova məlumat verib. Onun sözlərinə görə, qaynar xəttə daxil olan şikayətlərlə əlaqədar Sumqayıtda fəaliyyət göstərən 1 və 2 saylı doğum evlərində yoxlamalar aparılıb.

“Hər iki xəstəxanada apardığımız monitorinqlər zamanı aşkar olunan bütün nöqsanlar aradan qaldırılıb. Sumqayıt şəhər 2 saylı Doğum evinin baş həkimi Ələkbərova İmmi İsmayıl qızı öz ərizəsi ilə işdən çıxıb. İşdən çıxarılan baş həkimin yerinə isə hələlik təyinat olmayıb”.


Səfayə Əhmədova – Səhiyyə Nazirliyinin mətbuat xidmətinin əməkdaşı

Amma 1 saylı doğum evinin baş həkiminin işdən azad olunub-olunmaması barədə isə heç bir məlumat ala bilmədik.

Xatırladaq ki, bir müddət əvvəl sumqayıtlılar Sumqayıtda fəaliyyət göstərən 1 və 2 saylı doğum evlərin fəaliyyətindəki nöqsan və çatışmazlıqlar barədə dəfələrlə narazılıqlar ediblər.
Bu sahədəki vəziyyət o dərəcədə ciddi olub ki, hətta, hər iki doğum evinin baş həkiminin işdən azad edilməsi məsələsi də gündəmdə olub.

Ümumiyyətlə, doğum evlərindən müntəzəm olaraq şikayətlər olur. Nəzərə alsaq ki, doğum evlərində analar və yeni doğulmuş körpələr olur, oranın xidməti daha da gücləndirilməli, həmin xəstəxanaların tibb işçiləri, dərman preparatları, müəssisələrin şəraiti daim nəzarət altında saxlanılmalıdır. Tibb müəssisələrində gördüyünüz şikayətlərlə bağlı Səhiyyə Nazirliyinin qaynar xəttinə müraciət edə bilərsiniz:

Facebook Şərhləndirmə:

Şərhinizi yazın