Menu
Geri İrəli

Səhiyyə Nazirliyi: “Təşvişə ehtiyac yoxdur”

Müəllif: sumqayitxeber.com • Tarix: 11 İyun 2017 • Baxış sayı: 1,844 dəfə • Şərh yoxdur

14970921163201630105_1000x669Bakıda və Abşeron rayonunda içməli suyun insanlar üçün təhlükəli olmasına dair məlumatlar yayılıb.

Ölkə.Az xəbər verir ki, bu barədə informasiya sosial şəbəkələrdə yayılıb.

Bundan başqa, “WhatsApp” nömrələrinə insanlara belə mesajlar yollanır. Mesajda bildirilir ki, Bakıda və Abşeron rayonunda içməli suda təhlükəli virus var. Su vasitəsilə həmin virus insanlar arasında yayılır.

“İçməli suya nəsə qatılıb. Qaynadılmamış su içməyin. Deyirlər içməli suya kanalizasiya və çirkab suları qatılıb. İnsanlar kütləvi şəkildə virusa yoluxurlar”, – deyə məlumatda bildirilir.

Məsələ ilə əlaqədar “Azərsu” ASC mətbuat xidmətinin rəhbəri Anar Cəbrayıllı bildirdi ki, hadisədən məlumatları var.
Onun sözlərinə görə, bu barədə məlumat yayılan kimi Bakı, Sumqayıt, Sulutəpə və digər ərazilərdə evlərdən içməli sudan nümunələr götürülüb.

“Adı çəkilən ünvanlardan içməli sulardan nümunələr götürülüb. Nümunələr analiz olunub. Suyun tərkibi normalara cavab verir. Məsələ həmişə nəzarətdədir.  Əməkdaşlarımız mütəmadi olaraq içməli suyun tərkibini yoxlayırlar”, – deyə Anar Cəbrayıllı bildirib.

Məsələ ilə bağlı Səhiyyə Nazirliyindən bildiriblər ki, təşvişə ehtiyac yoxdur.

“Hələlik içməli sudan zəhərlənmə ilə bağlı məlumatlar dəqiq deyil. Ehtimal var, lakin bu barədə “panika” yaratmaq lazım deyil”,  -deyə məlumatda bildirilib.

Respublika Gigiena Və Epidemologiya Mərkəzinin direktoru İmran Abdullayevin “Ölkə.Az”a açıqlamasında bildirib ki, son 3 gün ərzində Saray, Masazır, Corat, H.Z.Tağıyev və Ceyranbatan qəsəbələrindən xəstəxanaya müraciət edənlərin sayı 119 nəfərdir. Onun sözlərinə görə, xəstələrdən əksəriyyəti uşaqdır.

“Xəstələrdən 72 nəfəri təkcə Tağıyev qəsəbəsinin sakinləridir. Saray, Masazır, Coratda infeksiyanın sudan düşdüyü ehtimal edilir. Xəstələrin bəzilərinə mədə bağırsaq virus infeksiyası qoyulub. Hazırda bir sıra əməkdaşlarımız uşaqların gətirildiyi ünvanlardan su nümunələri götürür”,  - deyə İmran Abdullayev bildirib.

Onun sözlərinə görə, hazırda xəstələrin çoxu evə buraxılıblar. Xəstəxanada qalanların da səhhətində elə ciddi problemlər yoxdur.

Facebook Şərhləndirmə:

Şərhinizi yazın