Menu
Geri İrəli

Seks Partiyasının qeydiyyatı ləğv edildi

Müəllif: sumqayitxeber.com • Tarix: 7 May 2015 • Baxış sayı: 642 dəfə • Şərh yoxdur

parti2samir5Avstraliya Seçki Komissiyası 2009-cu ildə Fiona Patten tərəfindən fahişələrin haqlarını müdafiə etmək üçün qurulan Avstraliya Seks Partiyasının yetərli üzvə sahib olmadığı üçün qeydinin silinməsinə qərar verib.

AZADİNFORM xəbər verir ki, Seks Partiyasından verilən açıqlamada qərara qarşı şikayət müraciəti ediləcəyi bildirilib. Avstraliyada bir partiyanın aktiv olaraq varlığını davam etdirə bilməsi üçün ən azı 500 üzvə sahib olması lazımdır. Partiyanın qurucularından Robbie Swan partiyanın Victoriya Məclisindən 6 min üzvü olduğunu bildirsə də, Avstraliya Seçki Komissiyasında 500 üzv tapa bilməməsindən şoka düşüb.

Qeyd edək ki, Avstraliya Seks Partiyası marixuananın sərbəst paylanması, fərdi narkotik istifadəsinin qeyri-qanuni olmaqdan çıxarılması və abort haqqını müdafiə edir.

Facebook Şərhləndirmə:

Şərhinizi yazın