Menu
Geri İrəli

SƏNİ BİZDƏN ALAN YOLA NƏ DEYİM….

Müəllif: sumqayitxeber.com • Tarix: 27 Dekabr 2013 • Baxış sayı: 1,383 dəfə • Şərh yoxdur

nurlan-tahirliYaza-yaza gözyaşlarım boğur məni. Heç ağlıma gəlməzdi istedadlı gənc barədə yazı qara yazıya çevrilə bilər…

Yazdiqlarım həmişə istedadlarından olub. İndi isə…2006-ci ilin payız günləri idi…

Sumqayıt şəhərində fəaliyyət göstərən “AMMA” Mədəniyyət Mərkəzi uşaq filmlərinin çəkilişi üçün məktəblilər arasında elan vermişdi.Çox sayda məktəblilər özlərini sınamaq qərarına gəldi.Günlərin bir günü valideynləri iki oğlunu gətirdilər. Çox yüksək mədəniyyət və tərbiyyəyə malik olduqları göz qabağında idi. İlk baxışdan çox utancaq görsəndilər. Onların hansısa aktyorluq bacarığına ehtimalım çox az idi. Lakin onlara tapşırıq vermək istəyəndə hazırladıqları səhnəciyə baxmağımızı təklif etdilər.Aktyorluq kursunun rəhbəri Fuad Kazımov və başqaları bu iki qardaşın istedadına heyran qalmışdılar.

Nurlan və Tahir qardaşları çox az müddətdə öz istedad və bacarıqları ilə tədbirlərimizin,verilişlərin ən fəal aktyorlarından oldu.Allah rəhmət eləsin,səhnəmizin korifeyi Respublikanın xalq artisti Yaşar Nuri Nurlan haqqında öz fikirlərini söylədi,onun istedadını xüsusi vurğuladı. Nurlanın çıxışı səhnəmizin korifeyini uşaq illərinə apardı. Vahid Əzizin yaradıcılıq gecəsində Vahid Əzizə xüsusi zövq verən yalnız Nurlanın çıxışı oldu. Onun çıxışı haqqında tədbirdən sonra uzun uzadı söhbət etdi. Nurlan görkəmli ziyalılarımız tərəfinən fəxri fərmanlar və diplom almışdı.

Oqtay Kazıminin 75 illik yubileyində Nurlan yaddaqalan çıxışı ilə tamaşaçıların ürəyində unudulmaz iz qoymuşdur. Belə tədbirlər saysız hesabsızdır. Amma nədənsə illər sonra bunu etiraf etməliyəm ki,iki qardaş çıxış edərkən,çox izləyirdim, Nurlanın gözlərində hüzün görürdüm. Özüm anlamırdım hardan idi bu… Nurlan balanın belə bir xəbəri çox sarsıtdı bizi. Bu da belə qara yazı imiş…Biz Nurlanı zirvələrdə görürdük.Qara torpağa əmanət etdi özünü…

İndi təskinliyimizi kasetlərdən ala biləcəyikmi? Yoxsa göz dağı olacaq onlar bizə? Ay, Nurlan, Nurlan… Nə əlim gəlmirdi bu yazını yazmağa, nə də sənin yoxluğun barədə danışmağa dilim gəlmir. Yaradıcılığın, gənclik hərarətin,ürəyində sevgin əbədiyyətə qovuşdun. Yaratdığın duzlu-məzəli obrazlarların,uşaqlıq şıltağlığın,o məsum baxışların qəlblərimizdə əbədi olaraq məskən saldı. İllər boyu bir ailə olduq.Bayram və gəzintilərdə bir olduq. Bizi yarıyolda buraxdığını heç gözləməzdim səndən…

Nə əlim gəlmirdi bu yazını yazmağa, nə də sənin yoxluğun barədə danışmağa dilim gəlmir. Biz dözə bilmirik, Allah valideynlərinə bir də hər yerdə qoşa parlayan, indi sənsiz qalan qardaşın Tahirə səbr versin.  Allah sənə rəhmət eləsin. Rahat uyu, balam. Ürəyimizdə böyük bir iz qoydun…

“AMMA”Mədəniyyət Mərkəzinin direktoru Kəmalə Cabbarova və kollektiv adindan.
Facebook Şərhləndirmə:

Şərhinizi yazın