Menu
Geri İrəli

“Şərq Bazarı” ərazisində təmizlik işləri davam edir – VİDEO

Müəllif: sumqayitxeber.com • Tarix: 17 May 2017 • Baxış sayı: 1,346 dəfə • 7 şərh

Sumqayıt şəhərində həllini gözləyən problemlərdən biri – “Şərq Bazarı” probleminin həlli istiqamətində işlər görülür.

Sumqayitxeber.com xəbər verir ki, hazırda “Şərq Bazarı” ərazisində abadlıq işlərinə başlanılıb, standartlara uyğun olmayan obyektlər sökülür. Burada fəaliyyət göstərən satıcılar digər ərazilərdə müvafiq yerlərlə təmin olunub.

“Şərq Bazarı” ərazisində çalışan və  mülkiyyət sənədləri mövcud olan şəxslərin hər birinin 9 kvadrat metr yerləri mövcuddur ki, onların da hər biri yeni ticarət mərkəzi tikildikdən sonra təmənnasız olaraq 16 kvadrat metr yerlə təmin olunacaqlar.

Hazırda ərazidə söküntü və təmizləmə işləri həyata keçirilir. sumqayitxeber.com mövzu ilə əlaqədar hazırlanmış video reportajı təqdim edir:

Facebook Şərhləndirmə:

““Şərq Bazarı” ərazisində təmizlik işləri davam edir – VİDEO” yazısına 7 cavab

  1. Ayxan deyir:

    Artıq meyvə tərəvəz hisəsi boşalıb. Arxa hissədə də söküntü gedir. 25 ildir ora baxan yox idi. Çox bərbad gündə idi.

  2. Aysel Musayeva deyir:

    Sumqayıtı gözəlləşdirmək lazımdır. Yaxşı olar ki, sahibkarlar özləri öz təşəbbüsü ilə abadlıq işləri görsünlər. Bəzi obyektlərin qarşısı çox natəmiz olur.

  3. Bəxtiyar Həsənov deyir:

    Şəhəri vaxtilə qarış qarış satıblar. Xətkeşlə ölçüb satıblar. Çox pis günə qoyublar təəssüf ki. İndi də abadlaşdırmaq çətin olur. İnanaq ki şəhərimiz daha da gözəl və abad olacaq. Alqışlayıram bu təşəbbüsü

  4. Leyla deyir:

    Orda çalışanlara həmişə yazığım gəlirdi. yazıqlar soyuqda da çöldə göy, meyvə tərəvəz satırdılar. Düzdür yəqin ki, onlar da başqa yerlərdə yerləşdiriliblər. Amma bu addım elə onların özü üçün yaxşı idi. Normal yerdə alver edərlər bundan sonra

  5. Fidan deyir:

    Ən böyük mikrorayonlar, ən çox əhali elə bu ərazidə yaşayır. Şəhərin mərkəzi elə əslində buradır. Niyə də abad olmasın. Niyə də Bakıdakı kimi müasir bir ticarət mərkəzi olmasın burda. Əla! Axır ki biz tərəfi də yada salan oldu.

  6. Xatire deyir:

    her gun orda zibilleri axsamlar yandirirdilar. Evlerimiz tustunun icinde qalirdi. Birinci o zibillikden baslamaq lazimdir ele. Bele sahibkarlarxdir ele ancaq oz ciblerin gudurler. Onlar ucun seher insanlar maraqli deyil. YAxsi edirler ele sokurler.

  7. Xanəli Məmmədov deyir:

    Siyasi iradə, gələcəyə baxış və rasional qərar. Zakir müəllim digər icra başçılarının edə bilmədiklərini həyata keçirdiyiniz üçün sağ olun.

Şərhinizi yazın