Menu
Geri İrəli

SHXÇDX-nin Sumqayıt şəhərindəki yeni inzibati binasında görüş keçirilib

Müəllif: sumqayitxeber.com • Tarix: 3 Dekabr 2013 • Baxış sayı: 209 dəfə • Şərh yoxdur
Bu gün Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti (SHXÇDX) Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondu ilə birgə SHXÇDX-nin Sumqayıt şəhərindəki yeni inzibati binasında görüş keçirilib. SİA-nın məlumatına görə, tədbirdə Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin (SHXÇDX) rəisi, general-leytenant Arzu Rəhimov, Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun (KİVDF) sədri Vüqar Səfərli, Azərbaycan Mətbuat Şurasının sədri Əflatun Amaşov və media kapitanları iştirak ediblər.Əvvəlcə qonaqlar Sumqayıt şəhərində Ümummilli lider Heydər Əliyevin abidəsini ziyarət ediblər.Daha sonra  SHXÇDX-nin rəisi, general-leytenant Arzu Rəhimov inzibati binada yaradılan şəraitlə bağlı qonaqlara ətraflı məlumat verib.
sia.az

 

Facebook Şərhləndirmə:

Şərhinizi yazın