Menu
Geri İrəli

“Simurq” “Sumqayıt”ı məğlub etdi

Müəllif: sumqayitxeber.com • Tarix: 13 Oktyabr 2013 • Baxış sayı: 230 dəfə • Şərh yoxdur

Topaz Premyer Liqasında yaranmış fasilə ilə əlaqədar ”Simurq” Mehdi Hüseynzadə adına Sumqayıt şəhər stadionunun ərazisində yeni tikilmiş meydançada “Sumqayıt”la yoldaşlıq görüşü keçirib.

Qol.Az-ın məlumatına görə, ilk hissəsi qolsuz heç-heçə ilə bitən görüşün sonunda sevinən tərəf Zaqatala təmsilçisi olub. “Sarı-qaralar”ın qollarını Nicat Qurbanov və İdan Vaitzman vurub. “Sumqayıt” isə Mirzağa Hüseynpurun qolu ilə fərqi azladıb. Görüş 2:1 hesabı ilə “Simurq”un xeyrinə baş çatıb.

Bu oyundan sonra “Simurq”un məşqçilər korpusu gərgin məşqlərə ara verərək futbolçulara bir günlük istirahət verib. Yeni həftənin ilk günündən isə “Xəzər Lənkəran”la görüşün hazırlıqları davam etdiriləcək.

Facebook Şərhləndirmə:

Şərhinizi yazın