Menu
Geri İrəli

Sinoptiklərdən hava xəbərdarlığı- Sumqayıtda hava necə olacaq?

Müəllif: sumqayitxeber.com • Tarix: 9 Sentyabr 2013 • Baxış sayı: 149 dəfə • Şərh yoxdur

Sentyabrın 13-dək havanın qeyri-sabit keçəcəyi, şimşək çaxacağı, yağış yağacağı gözlənilir

 Sentyabrın 10-dan 13-dək respublika ərazisində hava şəraitinin qeyri-sabit keçəcəyi, şimşək çaxacağı, arabir yağış yağacağı gözlənilir. Sentyabrın 10-da şimal-qərb küləyi arabir güclü olacaq. Temperatur 4-7 dərəcə aşağı enəcək. 

Abşeron yarımadasında güclü xəzri küləyi və havanın temperaturunun xeyli enməsi meteohəssas insanlar üçün əlverişsizdir. Sonrakı 2 gün ərzində meteoroloji amillərin zəif və mülayim tərəddüdü gözlənilir.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinin məlumatına görə, sentyabrın 10-da Bakı və Abşeron yarımadasında buludlu hava şəraitinin üstünlük təşkil edəcəyi, arabir yağış yağacağı gözlənilir. Güclü şimal-qərb küləyi axşam mülayimləşəcək. Havanın temperaturu gecə və gündüz 18-23 dərəcə isti olacaq.

Abşeron çimərliklərində dəniz suyunun temperaturu Sumqayıt, Novxanı, Pirşağı, Nardaran, Bilgəhdə 21-22, Zağulba, Buzovna, Mərdəkan, Şüvəlanda 22-23, Türkan, Hövsan, Şıx, Sahildə 23-24 dərəcə isti təşkil edəcək.

Azərbaycanın rayonlarında sentyabrın 10-da arabir yağış yağacağı gözlənilir. Qərb küləyi əsəcək, arabir güclənəcək. Havanın temperaturunun gecə 17-22, gündüz 24-29, dağlarda gecə 7-12, gündüz 15-20 dərəcə isti olacağı gözlənilir.

Hava haqqinda

Facebook Şərhləndirmə:

Şərhinizi yazın