Menu
Geri İrəli

Sinoptiklərdən şad xəbər

Müəllif: sumqayitxeber.com • Tarix: 4 Noyabr 2013 • Baxış sayı: 158 dəfə • Şərh yoxdur

havaYaxın 3 gün ərzində Azərbaycanda mülayim hava şəraiti davam edəcək

Bu barədə Trend-ə Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən məlumat veriblər.

Məlumata görə, Bakıda və Abşeron yarımadasında noyabrın 5-də hava şəraitinin dəyişkən buludlu olacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Mülayim cənub küləyi əsəcək. Havanın temperaturunun gecə 10-13, gündüz 18-23 dərəcə isti olacağı gözlənilir.

Azərbaycanın rayonlarında noyabrın 5-də hava şəraitinin əsasən yağmursuz keçəcəyi, gecə və səhər bəzi yerlərdə duman olacağı gözlənilir. Şərq küləyi əsəcək.

Havanın temperaturunun gecə 7-12, gündüz 17-22, bəzi yerlərdə 25 dərəcəyədək isti, dağlarda gecə 1-6, gündüz 10-15 dərəcə isti olacağı gözlənilir.

Yaxın 3 gün ərzində Abşeron yarımadasında mülayim hava şəraiti meteohəssas insanlar üçün əsasən əlverişlidir.

Facebook Şərhləndirmə:

Şərhinizi yazın