Menu
Geri İrəli

Şiş xəstəlikləri nədən yaranır?

Müəllif: sumqayitxeber.com • Tarix: 22 İyun 2010 • Baxış sayı: 1,345 dəfə • 1 şərh

…. Və biz ondan necə qoruna bilərik?

hekim2Ötən saylarımızın birində şəhərimizdə ən çox yayılan xəstəliklər barəsində şəhər xəstəxanaları və poliklinikalarının baş həkimləri arasında sorğu keçirmişdik. Məlum olmuşdu ki, ən geniş yayılan xəstəliklər ürək-damar sistemi, onkoloji, yuxarı tənəffüs orqanları xəstəlikləri və şəkərli diabetdir.

Qərara gəldik ki, qəzetimizdə hər dəfə adıçəkilən xəstəliklərin biri haqda əlaqədar mütəxəssislə müsahibəni sizlərin ixtiyarına verək.

Xatırladım ki, keçən saylarımızın birində ürək-damar xəstəlikləri haqda danışmışdıq.

Bu dəfə isə onkoloji xəstəliklər haqda danışacağıq.

Bu dəfəki qonağımız onkoloji dispanserin onkoloq həkimi Gülnara Mirzəyevadır:

- Gülnara xanım, hal-hazırda şəhərimizdə şiş xəstəlikləri hansı səviyyədə yayılıb?

- Son zamanlar əvvəlki illərə nisbətən şiş xəstəlikləri həddindən artıq çoxalıb. Bunu statistika da göstərir ki, bu xəstəlik artmaqdadır.

- Bu xəstəliyin yaranma səbəbləri hansılardı?

- Vallah bu xəstəlik çox mürəkkəb səbəbdən, etiologiyadan əmələ gələn xəstəlikdi. Bunun dəqiq 1-2 səbəbi olsa, müalicə eləmək asan olardı. Bu, demək olar ki, sosial xəstəlikdir. Burda çox faktorlar var ki, bu xəstəliyin əmələ gəlməsinə birbaşa təsiri edir. Xəstəliyin yaranmasına səbəb kimi iqlim, ekologiya, qida məhsullarını deyə bilərəm.

- Xəstəlik əsasən kimlərdə və hansı yaş qruplarında müşahidə olunur?

- Əvvəllər həmişə onkoloji xəstəlik yaşlı, qoca adamlarda, üzgün adamlarda olardı. Hal-hazırda şiş xəstəliyi uşaqlarda da çox yayılıb. Görün, respublikada nə qədər uşaq bu xəstəliyə tutulub. Bu xəstəlik üçün artıq yaş səviyyəsi yoxdur, yaş səviyyəsi götürülüb. Körpə uşaqlarda bu xəstəlik çox vaxt burun-boğaz, gözdə, limfa düyünlərində rast gəlinir. Yetkin yaşına çatmamış uşaqlarda qan xəstəlikləri də çox yayılıb.

Amma cavan, təzə ərə getmiş qadınlarda əsasən uşaqlıq boyunu xərçəngi çox geniş yayılıb. Yaşlı qadınlarda isə uşaqlığın xərçəngi geniş yayılıb.

Bu xəstəlik üçün yaş qrupu yoxdur. Deyə bilərəm ki, bu xəstəlik cavanlaşıb.

- Sizcə nə üçün Sovet dövrünə nisbətən hal-hazırda bu xəstəliklərin yayılma miqyası artmışdır?

- Bunu Sovet dövrü ilə əlaqələndirmək olmaz. Çünki bu xəstəlik dünyada – Amerikada, Avropada da geniş yayılıb və yayılmaqdadır. Bu yaxınlarda İngiltərədən onkoloq Azərbaycana gəlmişdi. Onlar da bu xəstəliklə mübarizədə aciz olduqlarını deyirlər.

Bu gün bütün dünya onkoloqlar cəmiyyəti bu məsələ üstündə çalışırlar ki, müalicə edə bilmədiyimiz halda, heç olmasa bu artımın qabağını alaq erkən diaqnostika edib təsirləri minimuma endirək. Bu xəstəlikdə belə bir şey var, tez aşkara çıxarsaq, o xəstəni xilas etmək olur.

- İnsanlar bu xəstəlikdən necə xəbər tuta bilər, yəni xəstəliyin simptomları özünü necə biruzə verir?

Elə bəla da ondadır ki, bu xəstəlik gecikəndən sonra simptom verir. Bizə xəstə siptomlarla gələndə artıq görürük ki, gecikib.

Bu xəstəliyin 4 mərhələsi var:

1-ci mərhələdə demək olar ki, simptom olmur.

2-3-cü mərhələlərdə kiçik simptomlar olur, kiçik, nəzərə çarpmayan şişlər olur.

3-4-cü mərhələlərdə xəstə gələndə artıq görürsən ki, gecikib. Bu xəstələrə heç bir radikal müalicə kömək etmir. Çünki xəstəlik orda öz işini görür, keçir qonşu orqanlara, metastazını verir. Ondan sonra biz həkimlərin köməyi az olur. Dünyanın onkoloq həkimləri və biz belə bir nəticə çıxarmışıq ki, bu xəstəliyi sağlam insanların arasından profilaktik baxışlar keçirməklə təyin edək. Yəni təzə, erkən statyaları tapaq. Bunun qarşısını yalnız belə ala bilərik ki, ilkin olaraq 13-35 yaşa qədər sağlam insanların müayinəsini keçirsək, görərik ki, 2 xəstə tapdıq. Məsələn, 300 nəfərə baxırıq, 3 xəstə tapırıq və beləliklə onları müalicə edib qarşısını ala bilərik.

1-2-ci mərhələdə biz ona tam sağalma deyirik, radikal müalicə mümkündü. Xəstə praktiki olaraq demək olar ki, sağalır.

3-4-cü mərhələdə köməkçi metodlarımızdan istifadə edib xəstənin müvəqqəti ömrünü bəzən 6 ay, bəzən isə 3-5 ilə qədər uzatmaq olur. Bu da xəstəlikdən irəli gəlir.

Tibbdə belə bir şey var ki, normal insan 6 aydan bir tam müayinədən keçməlidir. Bizdə isə xəstədən soruşsan axırıncı dəfə həkimə nə vaxt müraciət etmisən, 15-20 il bundan qabaq həkimə getdiyini deyəcək. Bildirəndə ki, sizdə xəstəliyin 1-2-ci mərhələsi var. Cavabında deyirlər ki, bu 1 il olar yaranıb, lakin ağrıtmadığından həkimə müraciət etmirəm. Axı xərçəngdə incitmir, ancaq axırıncı statyalarda ağrı verir.

- Bu xəstəliyin hansı növləri var və bunun hansı növü daha çox yayılıb?

Bu xəstəliyin növləri çoxdur:

1) Süd vəzisi 2) Mədə 3) Uşaqlıq boynunda 4) Yumurtalıqda

Ancaq əsas birinci yerdə süd vəzisi xərçəngidir. Xəstəliyin bu növü sürətlə artmaqdadır. Artıq bir çox dünya ölkələri bu sürətli artımın qarşısını ala bilmirlər.

- Bu xəstəlikdən əziyyət çəkən insanlara tövsiyə və məsləhətlərinizi bilmək istərdik?

- Sağlam insanlara tövsiyəm budur ki, gərək ağrımayanda da həkimə müraciət edəsən. Heç olmasa 6 aydan bir, uzağı ildə 1 dəfə tam müayinədən keçsinlər.

Xəstə əgər onkoloqun yanına gəlirsə, bizim dediklərimizə qulaq asmalıdır. Müalicəni gərək bizim dediyimiz qaydada axıra qədər davam etdirsinlər.

Facebook Şərhləndirmə:

“Şiş xəstəlikləri nədən yaranır?” yazısına bir cavab

  1. rasim deyir:

    Salam menim anam da hekime muraciet edib ve onda hiss edilecek qeder boyuk şişlər var ve etrafa da yayilib.bunun tam mualice etmek olar?başqa ölkədə tam muayine etmek olar?mumkunse bu barede geniş melumat vererdiz.

Şərhinizi yazın