Menu
Geri İrəli

SMDT Sumqayıtda təlim keçirib

Müəllif: sumqayitxeber.com • Tarix: 29 Aprel 2013 • Baxış sayı: 210 dəfə • Şərh yoxdur

Aprelin 27-də Sumqayıt şəhərində yerli problemlərin həllində vətəndaşlarla yerli idarəetmə orqanları arasında əlaqələrin inkişaf etdirilməsinə dəstək olmaq məqsədiylə “Vətəndaşların İdarəetmədə İştirakına Dəstək” İctimai Birliyi təsis edilib.

Seçkilərin Monitorinqi və Demokratiyanın Tədrisi Mərkəzinin (SMDT)  ABŞ-ın Milli Demokratiya İnstitunun və Avropa İttifaqının dəstəyi ilə “Vətəndaş iştirakı və seçkili orqanların hesabatlılığı” proqramı çərçivəsində bölgələrdə yerli idarəetmədə vətəndaş iştirakının artırılmasına dair “Məşvərət Şuralarının yaradılması və təşkilati idarəçilik bacarıqlarının artırılması” mövzusunda keçirdiyi təlimin sonunda yaradılıb.
Təsisçilərin yığıncağında birliyin nizamnaməsi təsdiq olunub, seçkili orqanları formalaşdırılıb və Ramil Zeynallı təşkilatın sədri seçilib.
Birlik qarşısına qoyduğu məqsədlərə nail olmaq üçün yerli problemlərin ictimailəşdirilməsini həyata keçirtməyi, problemlərin həlli formalarıyla bağlı vətəndaşlar arasında maarifləndirmə işlərinin aparılmasını, yerli idarəetməni təşkil edən dövlət qurumları üzərində vətəndaşların ictimai nəzarət funksiyasını həyata keçirtmələrinə və sosial problemlərin həllində vətəndaşlara dəstək olmağı nəzərdə tutur. Bunun üçün birlik fəaliyyətinə vətəndaşların cəlb olunması, yerli problemlərin həllində dövlət qurumları ilə, həmçinin beynəlxalq təşkilatlarla əlaqələrin qurulmasını planşlaşdırır.
Təşkilatın şüarı isə “Problemlərimizi birlikdə həll edək” kimi qəbul edilib.

SMDT Media və İctimaiyyətlə Əlaqələr Departamenti

Facebook Şərhləndirmə:

Şərhinizi yazın