Menu
Geri İrəli

SOCAR Sumqayıtda sənəd qəbulu elan etdi

Müəllif: sumqayitxeber.com • Tarix: 12 May 2015 • Baxış sayı: 1,487 dəfə • Şərh yoxdur
Share Button

socar_logo_new_200914Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin (SOCAR) təlim mərkəzlərinə şagird qəbulu üzrə Qəbul Komissiyası tərəfindən təlim, tədris və sertifikatlaşdırma idarəsinin Sumqayıt təlim, tədris mərkəzinə aparatçı, avtomatik idarəetmə sistemi üzrə operator, elektrik qaz qaynaqçısı, qablaşdırma üzrə operator, qazla kəsən ixtisasları üzrə sənəd qəbulu elan edilib.

SOCAR-ın mətbuat xidmətindən ATV.az-a verilən məlumata görə, müsabiqədə yaşı 29-dan yuxarı olmayan, Sumqayıt şəhərində və Abşeron rayonunda qeydiyyatda olan Azərbaycan Respublikası vətəndaşları və həmçinin həmin ərazilərdə müvəqqəti məskunlaşmış məcburi köçkün ailələrinin üzvləri, həqiqi hərbi xidmət keçmiş (oğlanlar üçün), minimum tam orta təhsilli gənclər iştirak edə bilərlər. Sənəd qəbulu elektron formatda həyata keçirilir və müsabiqə iki əsas mərhələdən – müsahibə və test imtahanından ibarətdir. Müraciət etmək istəyən şəxslər www.socar.az saytının “Karyera” panelində Təlim Mərkəzinə sənəd qəbulu bölməsinə daxil olaraq elektron müraciət formasını doldurmalıdırlar. Müraciətlər mayın 20-dək qəbul ediləcək. Qəbul haqqında və digər suallara tis@socar.az elektron poçt ünvanına müraciət etməklə cavab almaq olar.

Facebook Şərhləndirmə:
Share Button

Şərhinizi yazın