Menu
Geri İrəli

ŞOK: Bakıda tutulan seksual manyak sərbəst buraxıldı – Video

Müəllif: sumqayitxeber.com • Tarix: 1 Noyabr 2013 • Baxış sayı: 430 dəfə • Şərh yoxdur

Hövsanda qadınlara qarşı seksual xarakterli hərəkətlər törədən Əhmədov Hacıbaba Bayram oğlu istintaqda ilkin ifadə verib. O, ifadəsində seksual xarakterli hərəkətlər etdiyini etiraf edib.

Virtualaz.org-un APA TV-yə istinadən  xəbərinə  görə, qadınları arxadan qucaqladığını təsdiq edən Əhmədov ictimai nəqliyyat vasitələrində onların şəkillərini cəkdiyini təsdiqləyib. Faktla bağlı Suraxanı Rayon Polis İdarəsinin İstintaq şöbəsində, Cinayət Məcəlləsinin 221 – xuliqanlıq maddəsi ilə cinayət işi açılıb. Lakin tibbi müayinə zamanı təqsirləndirilən şəxsin psixoloji durumunda problemlərin olduğu nəzərə alınaraq, o, sərbəst buraxılıb.

Xatırladaq ki, Hacıbaba Əhmədovun hərəkətləri barədə Suraxanı rayon 30-cu polis bölməsinə 5 ərizə daxil olub. Ümumilikdə isə onun əməlindən 8 nəfər şikayət edib. Bölmənin baş təhqiqatçı Emin Məmmədovun sözlərinə görə, vətəndaşlar şikayətlərində təqsirləndirilən şəxsin Hövsan qəsəbəsində onlara qarşı seksual hərəkətlər etdiyini bildiriblər. Hacıbala Əhmədov  Hövsan qəsəbəsində orta məktəbin həyətində var-gəl edərkən yaxalanıb.

Facebook Şərhləndirmə:

Şərhinizi yazın