Menu
Geri İrəli

ŞOK: terrorçu qadın aylarla Ərdoğanın sarayında işləyib

Müəllif: sumqayitxeber.com • Tarix: 28 İyul 2015 • Baxış sayı: 409 dəfə • Şərh yoxdur

da143f639b2c8beb63bf561625b20c65Adı açıqlanmayan xidmətçi DHKP-C terror təşkilatının üzvü olub

“Twitter” statusları ilə Türkiyənin gündəmini əvvəlcədən təxmin edən Fuat Avninin daha bir iddiası gerçək olub. Lent.az-ın sozcu.com.tr-yə istinadən xəbərinə görə, Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanın iqamətgahında (Ağ Saray) DHKP-C terror təşkilatının üzvü olan qadının xadimə işlədiyi üzə çıxıb. Ankara polisinin keçirdiyi əməliyyatla həbs edilən G.B. adlı həmin qadının 10 ay prezident sarayında işlədiyi müəyyənləşib.

Qeyd edək ki, bir neçə gün əvvəl Qızılay adlanan ərazidə keçirilən aksiyaya polis müdaxilə etmişdi. Həmin vaxt saxlanılan 13 nəfərdən biri də məhz yuxarıda haqqında qeyd olunan G.B. adlı qadın olub. Araşdırma nəticəsində üzə çıxıb ki, bu qadın 10 ay ölkə başçısının iqamətgahında çalışıb və bir müddət əvvəl işdən çıxarılıb.

Facebook Şərhləndirmə:

Şərhinizi yazın