Menu
Geri İrəli

Son 7 ilini Sumqayıtda yaşayan polkovnik Şəmkirdə dəfn edildi – FOTO- VİDEO

Müəllif: sumqayitxeber.com • Tarix: 6 Aprel 2016 • Baxış sayı: 447 dəfə • Şərh yoxdur
Share Button

Azərbaycanın ərazi bütövlüyü uğrunda şəhid olan Silahlı Qüvvələrin zabiti, 40 yaşlı polkovnik Vüqar Yusifovun cənazəsi Şəmkir rayonuna gətirilib.

Şəhid rayonun Şiştəpə kəndində dəfn olunub.

Şəhidin dəfn mərasimində Müdafiə Nazirliyinin, Səfərbərlik və Hərbi Çağırış üzrə Dövlət Xidmətinin nümayəndələri, Şəmkir Rayon İcra Hakimiyyətinin rəsmiləri, rayon ictimaiyyəti, xidmət etdiyi hərbi hissənin hərbçiləri və döyüş yoldaşları iştirak edib.

Qeyd edək ki, şəhid Vüqar Yusifov ailəli olub, iki qızı və bir yaşlı oğlu var. Vüqar Yusifov Şəmkirdən olan ikinci şəhiddir. Ötən gün rayonun Tatar kənd sakini 19 yaşlı əsgər Nurlan Qasımov öz doğma kəndində torpağa tapşırılıb. (“Report”)

sumqayitxeber.com şəhidin yaxınlarına istinadən xəbər verir ki, şəhid palkovnik 2009-cu ildən Sumqayıt şəhərində, 18-ci mikrorayonda yaşayıb.

Vüqar Yusifov 3 uşaq atası (iki qız, bir oğlan) olub.

135894_res_01

 422708 422708_08 422708_10

 

Facebook Şərhləndirmə:
Share Button

Şərhinizi yazın