Menu
Geri İrəli

Startup Azərbaycan SUMQAYIT Toplantısı keçirilib

Müəllif: sumqayitxeber.com • Tarix: 5 May 2014 • Baxış sayı: 520 dəfə • Şərh yoxdur

10171684_722574331135234_3950737999941903117_nBu gün Startup Azərbaycan layihəsi çərçivəsində Sumqayıt Dövlət Universitetində Universitetində görüş keçirilib.

Sumqayıt Dövlət Universitetində Universitetinin müəllim və tələbələrinin qatıldığı Toplantıda Startup Azərbaycan Komandasının üzvləri, startup sahibləri iştirak ediblər.

Sumqayıt Dövlət Universitetinin prorektoru Qafar Atayev tədbiri açaraq onun məqsədi haqqında məlumat verib.
Startup Azərbaycan Təşkilat Komitəsinin üzvü, AİF-in prezidenti Osman Gündüz  Startup Azərbaycan Layihəsi və Startup Müsabiqəsi , ölkədə İnternet biznesin inkişafı haqqında geniş məlumat verib.

Toplantıda NETTRENDS milli startupının sahibi, Startup Azərbaycan Komandasının üzvü Elşad Yusifli çıxış edərək adı çəkilən startupların ərsəyə gəlməsi, hazırkı vəziyyəti və inkişaf perspektivləri haqqında, uğurlar və çətinliklər haqqında görüş iştirakçılarını məlumatlandırıb. Sonra Startup Azərbaycan Komandasının üzvləri iştirakçıların suallarını cavablandırıblar.

 Startup Azərbaycan TK bildirir ki, Startup Azərbaycan çərçivəsində növbəti Toplantının QAFQAZ Universitetində keçirilməsi nəzərdə tutulub. Həmçinin növbəti ayda ənənəvi “Startup Azərbaycan 2014“ Milli Konfransının keçirilməsi nəzərdə tutulub.
Startup Azərbaycan layihəsinin əsas məqsədi milli startupların üzə çıxarılması və inkişafına dəstək vermək, bu istiqamətdə maarifçilik işləri həyata keçirmək, ölkədə İnternet biznes mühitini yaxşılaşdırmaq və investorların bu sahəyə diqqətini artırmaq və innovativ ideyaların uğurlu biznes sahəsinə çevrilməsinə yardım etməkdir.

Startup Azərbaycan Təşkilat Komitəsi bir daha bildirir hazırda milli startupların Müsabiqəsi da artıq elan edilib və www.startup.az saytında qeydiyyat davam edir.
Startup Azərbaycan Azərbaycan İnternet Forumunun təşkilatçılığı ilə keçirilir.
Startup Azərbaycan Layihəsinə Rabitə və Yüksək Texnologiyalar Nazirliyi yanında İnformasiya Texnologiyalarının inkişafı Dövlət Fondu dəstək verir.
Startup Azərbaycan-ın Akademik partnyoru ADA Universitetidir.
Yüksək Texnologiyalar Parkı, İnfiPro, SİNAM və Bakcell şirkətləri Startup Azərbaycan-a dəstək verir və sponsorluq edirlər.

Facebook Şərhləndirmə:

Şərhinizi yazın