Menu
Geri İrəli

Stomatoloji klinikada ölən xəstənin həkimi Qubadlının icra başçısı olub

Müəllif: sumqayitxeber.com • Tarix: 6 Dekabr 2013 • Baxış sayı: 237 dəfə • Şərh yoxdur

Baxış Hüseynov 1986-1996-cı illərdə Respublika Klinik Xəstəxanasının üz-çənə cərrahiyyəsi şöbəsində müdiri də işləyib

 img1521402

Movqe.az Bakıda stomatoloji kabinetdə əməliyyata hazırlanan zaman dünyasını dəyişən xəstənin həkimi cərrah Baxış Hüseynovla  bağlı maraqlı məlumatlar əldə edib. Movqe.az-ın məlumatına görə, tanınmış üz-çənə cərrahı Baxış Hüseynov 1992-ci il may ayının 22-dən oktyabr ayınadək Qubadlı rayon İcra Hakimiyyətinin Başçısı işləyib. Qeyd edək ki, Baxış Hüseynov 1936-cı ildə Qubadlı rayonunun Eyvazlı kəndində anadan olub. 1953-1959-cü illərdə Bakıda Azərbaycan Dövlət Tibb İnistutunda (ATİ) təhsil alıb. ATU-dan Movqe.az-a verilən məlumata görə, B. Hüseynov 1962-ci ildən Moskva Tibb Stomotoloji İnstitutunun aspirantı olub,1965-ci ildə namizədlik dissertasiyasını müdafiə edərək Bakıya dönüb. Bir müddət ATİ-nun “Üz-çənə cərrahiyyəsi” kafedrasında assisent vəzifəsində çalışıb. 1969-cu ildə dosent seçilib. 1986-1996-cı illərdə Respublika Klinik Xəstəxanasının üz-çənə cərrahiyyəsi şöbəsində müdir işləyib.
Movqe.az-a danışan Baxış Hüseynov bildirib ki, 55 illik təcrübəsində başına ilk dəfədir belə bir iş gəlir: “Mən xəstəyə Lidokain vurmuşam. Bundan sonra xəstə şoka düşdü. Stomotoloji əməliyyatlarda bu iynədən probsuz istifadə olunur. Qan təyziqim çox qalxdığından danışa bilmirəm. Yenə də deyirəm, mən bu sahə üzrə naşı adam deyiləm. Belə əməliyyatları çox etmişəm”.
Xatırladaq ki, ölüm hadisəsi dünən Bakıdakı “VİP Dental” stomatoloji klinikasında baş verib. Orada dişlərini müalicə etdirən 1966-cı il təvəllüdlü Elçin Məmmədov iynə vurulandan sonra qəflətən vəfat edib. Dünyasını dəyişən şəxsin ölümünün səbəblərini müəyyənləşdirilməsi üçün mərhumun meyiti ekspertizaya göndərilib. APA-nın məlumatına görə, B. Hüseynov hadisənin baş verdiyi “VİP Dental” stomatoloji kabinetin onun tələbəsinə məxsus olduğunu açıqlayıb: “Mən neçə illərdir ki, təqaüddəyəm. Hadisə baş verən stomatoloji kabinet də mənim tələbələrimdən birinə məxsusdur. O, dəfələrlə məni həmin kabinetdə işləməyə dəvət edib. Lakin yaşımın çoxluğunu nəzərə alaraq qəbul etməmişəm. Bir ay əvvəl mən tələbəmin dəvətini qəbul etdim və müqavilə bağlayaraq onunla birgə işləməyə razılıq verdim. Təxminə bir ay idi ki orada işləyirdim”.
 Xəstəsinin ölümünə səbəb ola biləcək ehtimallar barədə danışan B. Hüseynov mərhumun vərəm xəstəliyindən əziyyət çəkdiyini də açıqlayıb: “Mən bir neçə il əvvəl həmin xəstənin həyat yoldaşını da dişindən əməliyyat etmişəm. Bu əməliyyat çox uğurlu alınmışdı. Həmin əməliyyatdan razı qaldıqları üçün onlar növbəti dəfə mənə müraciət etdilər. Bir neçə dəfə onların müraciətini qəbul etmədim. Onlara bildirdim ki, mən təqaüddəyəm, işləmirəm. Lakin onlar əl çəkmədilər. Dünən yenə də zəng etdilər, təkidlə məni tələbəmin işlətdiyi stomatoloji kabinetə çağırdılar. Bu dəfə razılıq verdim və tələbəmə məxsus kabinetdə həmin xəstəni qəbul elədim. Xəstəyə ağrıkəsici vurdum. İynəni vuran kimi xəstə şoka düşdü. Nə qədər çalışsaq da, yardım etsək də alınmadı və xəstə dünyasını dəyişdi”.
B. Hüseynov xəstəyə vurulan ağrıkəsicinin yerli istehsal olduğunu açıqlayıb: “Xəstəyə vurduğum ağrıkəsici yerli istehsal idi və iynənin istifadə müddəti bitməmişdi. Mənim əlli beş illik təcrübəm var. İlk dəfədir ki, başıma belə bir iş gəlib”.
Mərhumun vərəm xəstəsi olmasının onun ölümünə müəyyən qədər təsir göstərdiyini qeyd edən B. Hüseynov bu xəstəliyin onda zəiflik yaratdığını bildirib: “Xəstənin ölümünə onun daşıdığı vərəm xəstəliyinin səbəb olması da qaçılmazdır. Çünki vərəm xəstələrinin bədəni zəifləmiş olur və mən gərək bunu nəzərə alardım. Təəssüf ki, bunu nəzərə almamışam”.
B. Hüseynov prokurorluq əməkdaşları tərəfindən dindirildiyini qeyd edib: “Dünən bütün günü prokurorluqda ifadə vermişəm. Hələlik məni məsuliyyətə cəlb etməyiblər. Qarşı tərəf şikayətçi olarsa, məsuliyyətə cəlb edə bilərlər. Hələlik şikayət yoxdur”.
Qeyd edək ki, Baxış Hüseynov uzun müddət Azərbaycan Tibb Universitetinin Üz-çənə cərrahiyyəsi kafedrasının müdiri olub. Bir neçə ildir ki, təqaüdə çıxıb. Xatırladaq ki,
Baş vermiş hadisə ilə bağlı Cinayət Məcəlləsinin 124.1-ci (ehtiyatsızlıqdan adam öldürmə) maddəsi ilə cinayət işi başlanıb.

Facebook Şərhləndirmə:

Şərhinizi yazın