Menu
Geri İrəli

“Sülh aylığı” çərçivəsində Sumqayıtda tədbir keçirildi

Müəllif: sumqayitxeber.com • Tarix: 10 Sentyabr 2013 • Baxış sayı: 493 dəfə • Şərh yoxdur

Qızıl Aypara Cəmiyyəti Sumqayıt şəhər bölməsi və FHN Sumqayıt Regional Mərkəzi birgə “Sülh aylığı” çərçivəsində tədbir təşkil edib. Bu barədə sumqayitxeber.com saytına Qızıl Aypara Cəmiyyəti Sumqayıt şəhər bölməsinin təlimatçısı Sevinc Manafova məlumat verib. 

Məlum olduğu kimi 21 sentyabr tarixi bütün dünya ölkələrində “Beynəlxalq Sülh Günü” kimi qeyd olunur.Bu əlamətdar gün münasibətilə 10 sentyabr 2013-cü il tarixində FHN Sumqayıt Regional Mərkəzində Qızıl Aypara Cəmiyyəti Sumqayıt şəhər bölməsi  ilə birgə “Sülh aylığı”çərçivəsində “Sülh və insan hüquqları”mövzusunda tədbir keçirilmişdir. Tədbirin keçirilməsində əsas məqsəd 21 sentyabr tarixində bütün dünyada qeyd olunan “Beynəlxalq Sülh Günü “nün əhəmiyyəti barəsində ictimaiyyəti məlumatlandırmaqdan ibarət olmuşdur.Tədbiri FHN Sumqayıt  Regional Mərkəzinin rəis müavini Polkovnik Leytenant Elşad Əliyev açiq elan edərək gələn qonaqları və tədbir iştirakçılarını salamladı.Qeyd edək ki ,tədbirdə FHN Sumqayıt Regional Mərkəzinin və Azərbaycan Qızıl Aypara Cəmiyyətinin rəhbər və şəxsi heyəti iştirak edirdi.

İlk olaraq  Azərbaycan Qızıl Aypara Cəmiyyətinin İcraçı katibi Bayram Vəliyev, Sonra isə Qızıl Aypara Cəmiyyəti Sumqayıt şəhər bölməsinin sədri Mətanət xanım Məhərrəmova,Qızıl Aypara Cəmiyyəti Sumqayıt şəhər bölməsinin baş təlimatçısı Fizzə Qurbanova ,Azərbaycan Qızıl Aypara Cəmiyyətinin Sağlamlıq və qayğı şöbəsinin müdiri Mətanət Qaraxanova “Beynəlxalq Sülh Günü” mövzusunda çıxış etmiş ,dünyada sülhün  əhəmiyyəti və bu sahədə  Azərbaycanın verdiyi töhvələrdən ,ölkəmizdə insan hüquq və azadlıqları sahəsində əldə olunan nəaliyyətlərdən söhbət açmışlar. Bununla yanaşı FHN Sumqayıt Regional Mərkəzinin Texniki Təhlükəsizlik Sektorunun  baş məsləhətçisi  Zülfüqar Əlili “Sülh  və insan hüquqları haqda ,FHN Sumqayıt Regional Mərkəzinin baş zabiti Leytenant Lamiyə Həsənova isə “Qadın hüquqları “ mövzularında çıxış etmişlər.

 Sonda  isə Fövqəladə Hallar Nazirliyinin fəaliyyət istiqamətləri, Azərbaycan Qızıl Aypara Cəmiyyəti ilə Fövqəladə Hallar Nazirliyinin birgə keçirtdiyi tədbir və təlimlərdən bəhs edən video çarx nümayiş etdirildi.

1011547_515504801858996_1196676639_n

Facebook Şərhləndirmə:

Şərhinizi yazın