Menu
Geri İrəli

Sumqayıda ağacları qırmaq istəyirlər

Müəllif: sumqayitxeber.com • Tarix: 1 Noyabr 2014 • Baxış sayı: 869 dəfə • 1 şərh

36c668afe5afSumqayıt şəhər sakinləri ağacların qırılaraq yerində tikinti aparılacağından narahatdırlar.

Sakinlərin ANS PRESS-in “qaynar xətti”nə etdikləri şikayətdə bildiriblr ki, Sumqayıt şəhər 14-cü məhəllə adlanan ərazidə, küçə 5/382 və 5 A ünvanlarında yerləşən binaların həyətlərindəki ağacları qırmaq istəyirlər.

Sakinlərin sözlərinə görə, naməlum şəxslər həyətə bir neçə maşın daş töküblər. Orada qaraj və obyektlər tikmək istəyirlər. Həmçinin o da bildirilir ki, bunun üçün həyətdə olan bir neçə ağacın kəsilməsi planlaşdırılır.

Məsələyə aydınlıq gətirmək üçün Sumqayıt şəhər İcra Hakimiyyətilə əlaqə sxladıq. İcra başçısının sosial-iqtisadi məsələlər üzrə müavini Sahib Quliyevin ANS PRESS-ə bildirdi ki, məsələ barədə xəbərsizdirlər.

“Düzü bu barədə bizə heç bir məlumat verilməyib. İndi deyilən ünvana əməkdaşlarımız göndəriləcək. Məsələ araşdırılacaq”, – deyə Sahib Quliyev bildirib.

Daha sonra Ekologiya və Təbii Sərvətlər Nazirliyilə əlaqə saxladıq. Nazirliyin mətbuat xidmətinin rəhbəri İradə İbrahimova ANS PRESS-ə bildridi ki, məsələ araşdırılacaq.

“Dediyiniz ünvana əməkdaşlarımız göndərəcəyik. Əgər həqiqətən də ağac kəsimi faktı varsa bunun qarşısı mütləq alınacaq. Günahkarlar barədə rəsmi şəkildə tədbirlər görüləcək”, – deyə İradə İbrahimova bildirib.

Facebook Şərhləndirmə:

“Sumqayıda ağacları qırmaq istəyirlər” yazısına bir cavab

  1. Ramazan deyir:

    İnanırıq ki, şəhərin rəhbərliyi bu növbəti qanunsuzluğun, məhəllələrin kimlərsə tərəfindən zəbt olunmasının qarşısını qətiyyətlə alacaq və günahkarları, özbaşınalığa yol verənləri çox ciddi cəzalandıracaqdır ki, digərlərinə də dərs olsun.

Şərhinizi yazın